Qarabağ şəhidləri haqqında kitabın təqdimatı olub
Gəncə Uşaq Evində Əməkdar müəllim Səmayə Mirzəyevanın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabının təqdimatı keçirilmişdir.
Təqdimatda şəhər rəhbərliyi, Gəncə Uşaq Evinin kollektivi, şəhid ailələri, ictimaiyyət nümayəndələri və Uşaq Evinin kiçik sakinləri iştirak etmişlər.
Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq diqqətə çatdırmışdır ki, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə azad edildi və qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. “Əlbəttə, istər Birinci Qarabağ savaşında, istərsə də Zəfərlə yekunlaşan Vətən müharibəsində bizim şəhidlərimiz və qazilərimizin rolu danılmazdır. Məhz onların şücaətləri nəticəsində bu gün öz əzəli torpaqlarımıza qovuşmuşuq. Səmayə xanımın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabda da şəhidlikləri ilə dastana çevrilən qəhrəmanlarımız haqqında geniş bəhs olunub. Bunun üçün hörmətli yazıçıya təşəkkür edir və uğurlar arzulayıram. Sonda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm”, - deyə Niyazi Bayramov çıxışını tamamlamışdır.
Səmayə Mirzəyeva çıxışında kitabının ərsəyə gəlməsi ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat vermişdir. Hər iki müharibə zamanı şəhid olan igidlərimizin qəhrəmanlıqları barədə danışan müəllif kitabın işıq üzü görməsində ona kömək edəm hər kəsə minnətdarlığını bildirmişdir.
Təqdimat mərasimində Milli Qəhrəman, şəhid Polad Həşimovun ömür-gün yoldaşı Ofelya Salmanova ilə videoformat vasitəsilə əlaqə saxlanılmışdır. Ofelya xanım Polad Həşimovla bağlı xatirələrini bölüşmüş və kitabın müəllifinə təşəkkürünü bildirmişdir.
Sonda Gəncə Uşaq Evinin sakinləri tərəfindən şəhidlərə həsr olunmuş səhnəciklər nümayiş etdirilmiş və şeirlər səsləndirilmişdir.
Tədbir iştirakçılara adıçəkilən kitabın hədiyyə edilməsi ilə yekunlaşmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!