Qanunun aliliyi rəhbər tutulur
Hörmətli redaksiya!
Milli Məclisə seçkilər ərəfəsində mən də sizə məktub yazmaq qərarına gəldim. Buna səbəb müstəqilliyimizin bərpasından sonra keçirilən seçkilərin yadıma düşməsi oldu. O vaxt seçkilər keçirilərkən el-oba bir-birinə dəyir, bəzən dava-dalaş düşür, umu-küsülərin sayı-hesabı olmurdu. Bəzi deputatlığa namizədlərin yaxınları qapı-qapı gəzib pul, ərzaq paylayır, belə demək mümkünsə, bir növ səsləri satın alırdılar. İndi bu cür addım atmaq kimsənin ağlına gəlməz.
Axı o vaxtdan sonra çox şey yaxşılığa doğru dəyişib. Hamı yaxşını pisdən ayırmağı bacarır. Bunun bir səbəbi də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərin demokratik prinsiplər əsasında şəffaf və ədalətli keçirilməsidir. Bu amillər Bərdə rayonunda da özünü açıq şəkildə büruzə verir. Seçkilərə hazırlıq dövründə və seçkilərin keçirilməsində heç kim deyə bilməz ki, Bərdədə qanun pozuntusuna yol verilib. 94 və 95 saylı dairə seçki komissiyaları deputatlığa namizədlər üçün bərabər və normal şərait yaradılmışdı. Hər bir namizəd seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq üçün rayon icra hakimiyyətinin ayırdığı açıq və qapalı yerlərdən maneəsiz istifadə edib. Söylənilən fərqli fikirlərə görə, heç bir namizədə irad tutulmamış, təzyiq göstərilməmişdir.
Odur ki, seçkilərə hazırlıq prosesində olduğu kimi, seçki günü də qanunun aliliyi rəhbər tutuldu, hər kəs kimi deputatlığa layiq gördüsə, ona da səs verdi.
Səbuhi CƏFƏROV,
Bərdə şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!