“Qan deposu”nu necə yeyək
Süfrədə tibbi möcüzə
Ciyər yeməyin faydalı olduğu, ta qədim zamanlardan məlumdur. Xüsusilə də müxtəlif vitaminlər və minerallarla zəngin olan qara ciyər əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu səbəbdən qara ciyər bir çox xəstəliklər zamanı müalicəvi qidalanmaya daxildir.
Tərkibində çoxlu sayda müxtəlif vitaminlər (A, C, B qrupu, E, K, PP, D) minerallar (kalsium, mis, maqnezium, fosfor, sink, xrom və s.) var. Qara ciyər orqanizm üçün əzvəzolunmaz olan bir çox amin turşularla zəngindir.
Bu qida dəmir defisitli anemiyanın ilk təbii müalicə vasitəsidir. Dəmirlə olduqca zəngindir, həm də bu dəmir, qara ciyərdə orqanizm tərəfindən ən asan mənimsənilən formadadır. Beləliklə, qara ciyər anemiyadan əziyyət çəkən, hər hansı səbəbə görə qan itirmiş (cərrahi əməliyyat, travma, daxili qanaxma və s.) insan üçün çox faydalıdır.
Tərkibində xeyli miqdarda A vitamini var və bu vitamin gözlərimizin sağlamlığında böyük rol oynayır.
B qrupu vitaminlərlə də zəngin olduğu üçün insanın sinir sistemi üçün çox xeyirlidir.
Qara ciyər ürək xəstəlikləri zamanı da faydalıdır.
İmmun sistemi zəif olan insanlar və xüsusilə uşaqlar mütləq qara ciyər yeməlidirlər. Fol turşusu və dəmirlə zəngin olan qara ciyər, hamilə qadınlar üçün inanılmaz qida vasitəsidir. Fol turşusu döldə müxtəlif inkişaf qüsurlarının (xüsusilə beyin qüsurlarının) əmələ gəlməsinin qarşısını alır.
Amma tərkibində ağır metallar olan ciyəri mütəmadi yemək olmaz. Həddindən çox yeyilən ciyər qanda xolesterol səviyyəsini artırır, bu isə ürək xəstəliklərini, o cümlədən ürəktutma və iflic riskini artırır.
Buna görə də ciyəri hər gün yox, həftədə bir dəfə yemək məsləhətdir.
Ciyəri bişirərkən diqqət etmək lazımdır ki, nazik formada doğranmış olsun, öz yağında bişsin və kalorisinin az olması üçün tərkibinə çox əlavələr qatılmasın.
O cümlədən, uzun müddətli, rəngi tündləşənədək də bişirmək olmaz, çünki tərkibindəki faydalı maddələr itər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!