09 Noyabr 2025 20:17
796
SİYASƏT
A- A+
Qalib xalqın bayrağı

Qalib xalqın bayrağı


Bu gün – 9 Noyabr, xalqımız üçün sadəcə bir tarix deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və qürurumuzun ən ali rəmzlərindən biri olan üçrəngli bayrağımızın günüdür.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunan, müstəqillik tariximizin ən mühüm simvolu sayılan üçrəngli bayrağımız, bu gün bütün dünyada qalib xalqın, güclü Azərbaycanın bayrağı kimi dalğalanır. O bayraq ki, 2020-ci ildə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda, Şuşada, Füzulidə, Laçında, Zəngilanda və Xankəndidə qürurla yüksəldi. Bu, təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi qələbənin rəmzinə çevrildi.

Üçrəngli bayrağımız mavi rəngi ilə türk kökümüzü, qırmızı ilə müasirliyimizi, yaşıl ilə isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Ortasındakı ay-ulduz isə müstəqilliyimizə və dövlətçiliyimizə olan əbədi sədaqətimizi təcəssüm etdirir.

Bu gün artıq Azərbaycan bayrağı təkcə ölkə daxilində deyil, beynəlxalq tədbirlərdə, sülhməramlı missiyalarda, idman və diplomatik arenalarda öz yerini alır. Bayrağımızın ucalığı təkcə onun fiziki hündürlüyündə deyil, həm də xalqımızın birliyində və müstəqil dövlətimizin gücündədir.

Zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə ucaldılan bayraqlar bir daha sübut etdi ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Bu gün bayrağımız artıq Xankəndidə də dalğalanır. Bu, tarixi ədalətin bərpası, milli qürurun ən ali göstəricisidir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı sadəcə bir bayraq deyil. O, bizim müstəqilliyimizin, milli kimliyimizin və suverenliyimizin rəmzidir.” 

Bu ideyanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev praktik siyasətə çevirərək, bayrağımızı işğaldan azad olunmuş torpaqlarda yenidən yüksəltdi. Bu gün bu bayraq altında qalib bir dövlət və qalib bir xalq var!

Bayrağımız daim ucalarda dalğalansın! 

Azərbaycanımız var olsun!

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!