Qalan dövlətlər də Türkiyə kimi ədalətli olsa...
Qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub və zərurət yarandıqda yardım əlini uzadıb. Ötən əsrdə Azərbaycana qarşı yürüdülən işğal siyasəti zəminində erməni-bolşevik silahlı quldur dəstələrinin dəfələrlə yurdumuzda törətdikləri dəhşətli vəhşilikləri nə tarix, nə də xalqımız unudub.
Əslində bizə - türk-müsəlman toplumuna qarşı məqsədyönlü soyqırımı siyasəti aparılıb. Bir yandan torpaqlarımız işğal olunub, digər tərəfdən xalqımız qılıncdan-süngüdən keçirilib. İrəvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Şirvanda, Qubada, həmçinin Qars ərazisində azərbaycanlılara aid yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı. Təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırımına məruz qalmışdı. Bu barbarlar on minlərlə günahsız insanı türk-müsəlman olduqlarına görə qətlə yetirmişdilər. Bakını işğal edən qara qüvvələr ermənilərin bilavasitə iştirakı ilə şəhərin türk-müsəlman əhalisini - istər uşaq-qoca, istərsə də qız-qadın - fərqinə varmadan kütləvi şəkildə güllələmiş, başlarına olmazın müsibətlər açmışdılar... İndi də 25 ildən çoxdur ki, Qarabağı və ətraf yeddi rayonumuzu işğal edib, orada da eyni əməlləri törədiblər. Ermənistanda türk varlığına son qoyulub.
O zaman özləri olduqca çətin vəziyyətə düşmələrinə baxmayaraq, qardaşlarımız imdadımıza yetişdi: məhz onların bilavasitə müdaxiləsi ilə Bakı azad olundu, qırğınların qarşısı alındı.
Türkiyə bu gün də yanımızda, arxamızdadır. Bu bizə inam və güvən verir. Türkiyə sıradan, adi deyil, bəşər tarixini müəyyənləşdirən və öz salnaməsini yazan qüdrətli dövlətdir. O həm də bizim dövlətimizdir! Özü də Türkiyə etnik millətçilikdən uzaq, dünyəvi dəyərlərə əsaslanan fundamental və demokratik dövlətdir.
Bu yaxınlarda İstanbulda keçirilən NATO toplantısında Ermənistan təmsilçisinin həyasızcasına Türkiyəyə qarşı ittihamlar səsləndirməsi düşmənin insanlıqdan və ədalətdən nə dərəcədə uzaq olmasının bariz nümunəsi idi. Qardaş dövlətin hökumət və ordu nümayəndələri ermənilərin özlərinə məxsus tərzdə və boylarını aşan sərsəm iddialarına tutarlı cavab verdilər. Üstəlik həqiqəti bir daha dilə gətirərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, BMT-nin bu işğala dərhal son qoyulmasını tələb edən qətnamələrinə hələ də əməl olunmadığını ermənilərin və dünya birliyinin diqqətinə çatdırdılar. Birmənalı dəlil və faktlarla! Türkiyənin məsələyə yanaşması, əslində, digər aparıcı dövlətlərin rəsmi mövqeyindən fərqlənmir: bütün dünya dövlətləri beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma nədənsə konkret fəaliyyətə - işğalçının torpaqlarımızdan çəkilməyə vadar edilməsinə gəldikdə, buna çalışmırlar. Sözü ilə əməli bütöv olan tək dövlətsə Türkiyədir. Məhz Türkiyə real addımlarla regionda sülhün və Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına çalışır. Bu səbəbdən Azərbaycan qardaş dövlətə və doğma Türkiyə xalqına hədsiz minnətdardır. Şübhəsiz, qalan dövlətlər də Türkiyə kimi haqqa tapınsa, ədalətli olsa, dünyada nə bu qədər qan axıdılar, nə də Azərbaycan torpaqları işğal altında qalar.
Turan ELXANOĞLU,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb
28 Aprel
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!