07 Mart 2026 14:29
1265
SİYASƏT
A- A+
Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər, cəmiyyət həyatının müxtəlif sahələrində fəallıq göstərirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və  bu sahədə qanunvericilik bazasının formalaşması  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqillik dövründə respublikamızda mükəmməl qadın siyasətinin əsaslarını müəyyən etmişdir. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyası heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyada qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

 Hüquq bərabərliyi  bir sıra məcəllələrlə, o cümlədən, Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələri və  qanunlarla təsbit olunmuşdur. Azərbaycan “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kampaniyasına, “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.

Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Bütün bunlar göstərir ki, qadın problemləri daim dövlətin diqqətindədir və gender siyasəti ardıcıl surətdə həyata keçirilməkdədir. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. 

Qürurla qeyd edə bilərik ki, Azərbaycan qadınları bütün tarixi dövrlərdə siyasi-ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətə böyük töhfələr verirlər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Azərbaycanda müasir qadın hərəkatının əsas uğuru qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Bununla bağlı, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım  qadınlara  çağırış da etmişdir: “ Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara keçid siyasətini həyata keçiririk. Ona görə də qadınlarımızı daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırırıq”.

Hələ XX əsrdə Azərbaycanın görkəmli şairi Hüseyn Cavid yazırdı: 

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

Bu gün ölkəmizdə bütün sahələrdə qadınların fəallığı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsil sferalarında qadınlarımız cəmiyyətin rifahına xidmət göstərirlər. Lakin əlbəttə ki, bəzi çətinliklər də var, gender əsaslı zorakılığa qarşı mübarizə davam etdirilməlidir, aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində hələ də stereotiplər mövcuddur, bunu aradan qaldırmalıyıq. 

Azərbaycan qadını yüksək vətənpərvərlik dəyərlərinin daşıyıcısıdır. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Qadınlarımız müasir qəhrəmanlıq tariximizə yeni nümunələr gətirdilər. Azərbaycan qadınının fədakarlığı, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Hər birimiz şəhid anaları, şəhid bacıları və həyat yoldaşları ilə qürur duyuruq! 

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. 


Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, 

 siyasi elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

01:14
29 Aprel

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:14
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında

01:13
29 Aprel

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:12
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:10
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:09
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:08
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında”

01:07
29 Aprel

“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:06
29 Aprel

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb  

23:46
28 Aprel

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr: regional vəziyyət diqqət mərkəzində olub  

20:55
28 Aprel

Mingəçevirdə möhtəşəm açılış mərasimi: avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" başlayır  

20:13
28 Aprel

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq imkanlarının artırılması diqqətdədir

19:58
28 Aprel

“Instagram” yeni tətbiqini test edir

19:58
28 Aprel

Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir  

19:48
28 Aprel

Kanadada uşaqlar üçün sosial media və çatbotlara məhdudiyyət müzakirə olunur  

19:47
28 Aprel

Gələcəyin şəhərləri: WUF13 ölkə boyu səyahət edir

19:43
28 Aprel

Türkiyədə Afina heykəli tapılıb  

19:35
28 Aprel

Xidmətin sərhədləri: “ASAN” modeli Qvineyada tətbiq olunacaq

19:29
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!