01 Fevral 2022 00:47
1806
SİYASƏT
A- A+
“Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans

“Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev postmünaqişə dövründə bərpa işlərində qadınların rolu və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi barədə danışıb. Bildirib ki, regionda yaranmış yeni vəziyyətlə əlaqədar bərpa və sülh prosesinə qadınların daha çox cəlb edilməsinə ehtiyac var. 

Konfransda çıxış edən Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərin 50 faizini qadınlar təşkil edir. Qadınlar sülh və etimadın qurulması tədbirlərinə töhfələrini verə bilərlər və Azərbaycan hökuməti buna şərait yaratmağa hazırdır. Elçin Əmirbəyov əlavə edib ki, hazırda regionda sülh, sabitlik və inkişafa yol açan yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan inanır ki, Ermənistanla dinc birgəyaşayışın alternativi yoxdur. 

BMT-nin Azərbaycandakı rezident - əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Təhlükəsizlik Şurasının 22 ildir qətnamə qəbul etməsinə baxmayaraq, qadınlarla bağlı qlobal səviyyədə ciddi irəliləyişin olmadığını deyib. O, qeyd edib ki, qadınlar nəinki danışıqlar masası arxasında əyləşməli, həm də bərpa işlərində fəal iştirak etməlidirlər. BMT bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcək.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, mövcud vəziyyətdə yeni standartlara uyğun addımların atılması, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq Milli Fəaliyyət Planı hazırlayır və komitə BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq layihə üzərində işləyir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadın sahibkarların azad olunmuş ərazilərlə bağlı layihələr təqdim etməsi barədə məlumat verib.

Daha sonra iki panel müzakirəsi keçirilib.

“Qadınların iştirakı” mövzusunda birinci paneldə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, ombudsman Aparatının informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, “Qadınlar, sülh və təhlükəsizlik” gündəliyi və onun mərhələləri, eləcə də Azərbaycanda bu sahədəki vəziyyət, normativ-hüquqi çərçivə və onun icra üsulları barədə məlumat veriblər. Müzakirə zamanı mütəxəssislər BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi və onun dörd fəsli - iştirak, qabaqlayıcı tədbirlər, qorunma, yardım və bərpa barədə danışaraq qeyd olunan sahələrdə cari vəziyyəti təqdim ediblər. 

“Yardım və bərpa - yenidənqurma” mövzusunda ikinci panel müzakirələri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin təcrübəsini bölüşüb, deputat Vüqar Bayramov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov azad olunmuş ərazilərdə “ağıllı kənd”lərin və “ağıllı şəhər”lərin qurulması zamanı qadınların təhlükəsizliyi, hərəkət və iqtisadi imkanları barədə danışıb, “ağıllı şəhər”lərin tikintisi prosesində qadınların rolunu müzakirə ediblər.

Panel müzakirələri BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında

03:04
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında

03:03
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:02
29 Sentyabr

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:02
29 Sentyabr

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

18:58
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

18:31
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

18:20
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!