08 Mart 2023 18:28
500
SİYASƏT
A- A+
Qadın hərəkətverici qüvvədir

Qadın hərəkətverici qüvvədir


Hər bir dövlətin, xalqın inkişafında əsas hərəkətverici qüvvələrdən biri qadındır. Əsrlər boyu Azərbaycan qadını milli kimliyini qorunub saxlanılması nəsildən-nəsilə ötürülməsi, milli dəyərlər sisteminin yaradılmasında müstəsna rol oynayıb. Azərbaycan qadının istər torpaqlarımızın müdafiəsində, milli dövlətşiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaradılmasında misilsiz xidmətləri var. Azərbaycanda qadınlarla bağlı hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Yüksək mənəviyyat və humanizm ideallarına sadiqlik çoxəsrlik tariximizdən süzüb gələn Azərbaycan qadınına xas ən ali keyfiyyətlərdir. Birinci xanım Mehriban Əliyeva də öz əməlləri ilə bu ali dəyərləri yaşadır. 
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.
Azərbaycan 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyalarını qəbul edib.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı sosial sifarişlərə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ aktların qəbul edilməsi, gender bərabərliyi mədəniyyətinin təbliği prosesi aparılır.
Məhz görülən işlərin, qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda bu sahədə müsbət nəticələr əldə olunub.
Gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi üçün “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2022-2025-ci illər Milli Fəaliyyət Planı”nının layihəsi hazırlanıb.
Gender bərabərliyinin təmin edilməsinə ciddi əngəl yaradan amillərdən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Bu məqsədlə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Plan"ı icra olunur.
Görülən işlərin nəticəsi olaraq Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi baza beynəlxalq təcrübəyə uyğunlaşdırılır. Bu istiqamətdə maarifləndirici tədbirlərin sayı artırılıb, məişət zorakılığından əziyyət çəkmiş şəxslərin aşkarlanaraq onlara tez bir zamanda yardımların göstərilməsi təmin olunur.
Azərbaycan qanun vericiliyinə görə, cinsi mənsubiyyətə görə ayrı-seçkilik qadağandır. Ölkədə gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində də əsaslı işlər görülür. Azərbaycan Respublikasının "Gender bərabərliyinin təminatları haqqında" qanunda da bu məsələ öz əksini tapıb. Bu istiqamətdə müxtəlif dövlət qurumlarl tərəfindən layihələr və tədbirlər, seminarlar, təlimlər, maarifləndirmə işləri aparılır.
Azərbaycanda eyni zamanda qadın sahibkarlığın inkişafı üçün də əməlli addımlar atılır. Görülən işlərin son illərdə nəticəsi olaraq qadın sahibkarıların sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. Müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir.

Sevil Mikayılova,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!