18 Fevral 2025 17:04
743
CƏMİYYƏT
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutunda əlamətdar gün

Psixologiya Elmi-Tədqiqat İnstitutunda əlamətdar gün


Fevralın 17-si Psixologiya Elmi-Tədqiqat İnstitutu üçün əlamətdar olub. Belə ki, institutun Əlavə təhsil və innovasiyalar şöbəsində psixologiya  ixtisası üzrə yenidənhazırlanma təhsili almış tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq olunmuş diplomların təqdimatı ilə bağlı tədbir keçirilib.

Təqdimatda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev, institutun Ümumi və eksperimental psixologiya  şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova və Ümumi şöbənin müdiri Aynur Kərimova, həmçinin institutun digər mütəxəsissləri, məzun olan tələbələr iştirak ediblər.

Tədbiri açan  sədr  Elnur Rüstəmov bu günün əlamətdar tarix olduğunu vurğulayaraq bu münasibətlə institutun əməkdaşlarını və tələbələri təbrik edib. Göstərdikləri etimada görə Elm və Təhsil Nazirliyinə, mütəxəssislərə və tələbələrə öz təşəkkürünü bildirib.

Sədr əlavə təhsil (yenidənhazırlanma) proqramı üzrə təhsil almış tələbələrdən institutun elmi-tədqiqat işlərində məlumatların toplanılması və təhlil edilməsi prosesində, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində və digər mərkəzlərdə psixoloq kimi fəaliyyət göstərənlərin olduğunu da diqqətə çatdırıb. 

E.Rüstəmov institutun elmi-tədqiqat işlərindən, müəssisənin təşkil etdiyi və əlavə təhsilə aid olan ixtisasartırma kurslarından və simpoziumlarından bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev sədr Elnur Rüstəmovu, mütəxəssisləri və İnstitutun ilk tələbələrini təbrik edib. Prof. Ramiz Əliyev İnstitutun gördüyü işləri, apardığı tədqiqatları müsbət dəyərləndirib. Bu sahədə Psixologiya Elmi-Tədqiqat İnstitutunun aparıcı müəssisə olduğunu vurğulayaraq uğurlar arzulayıb. 

Professor R. Əliyev bu tarixi anın yaşanmasında onun da əməyi olduğu üçün çox şad olduğunu bildirib. 

Yenidənhazırlanma təhsilinin təşkilində yaxından iştirak etmiş

Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev isə çıxışında tədrisin keyfiyyətlə keçirildiyini bildirib, qeyd edib ki, tələbələr tədris prosesində  aktivlikləri ilə xüsusi seçilirdilər. 

Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova iş bu işin həyata keçirilməsinin ona tapşırılmasına görə rəhbərliyə minnətdarlığını bildirib, söyləyib ki, yenidənhazırlanma təhsili almış tələbələr tədris prosesində həm şəxsi inkişaf, həm də peşəkar təcrübə üçün fürsət qazandılar. Buradan öyrəndikləri bilik və təcrübəni öz fəaliyyətlərində tətbiq edərək uğur əldə etmələri  çox sevindiricidir. Şöbə müdiri həmçinin tələbələri diplom almaları münasibətilə  təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Sədr təqdimatda iştiraklarına görə başda prof. Ramiz Əliyev olmaqla  bütün mütəxəssislərə təşəkkürünü bildirib.

Sonra əlavə təhsil (yenidənhazırlanma) proqramında təhsil almış tələbələr başda sədr Elnur Rüstəmov olmaqla bütün müəllimlərinə öz təşəkkürlərini ifadə ediblər. 

Tədbirin yekununda tələbələrə diplomlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!