Prezidentin qayğısı tibb işçilərinə misilsiz dəstəkdir
Hər bir insan üçün qiymətli olan ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən o vaxtdan hər il 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Özünün yeni inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsi bir sıra uğurlara imza atmışdır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılıb, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunub. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin tələblər səviyyəsinə qaldırılmasına imkanlar açır. Həyata keçirilən dövlət proqramları müvəffəqiyyətlə davam etdirilir. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi nəcib layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində minlərlə talassemiyalı, hemofiliyalı xəstələrin problemləri həllini tapmışdır. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Prezident İlham Əliyevin inkişafın növbəti mərhələlərində müəyyənləşdirdiyi prioritet strateji xətt əhaliyə göstərilən tibbi xidmətin səviyyəsində daha qabarıq şəkildə əksini tapmışdır. Aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətdən yüksək səviyyədə yararlanır. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 600-ə yaxın yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunmuşdur.
Bu ilki peşə bayramı mənə ikiqat sevinc bəxş etdi. İyun ayının 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup səhiyyə işçisi fəxri ad və medalla təltif edildi. Onların sırasında mən də varam. Dövlət başçısı 42 illik fəaliyyətimi "Əməkdar həkim" fəxri adı ilə qiymətləndirdi. 1972-ci ildən bu müqəddəs peşədə çalışan bir tibb işçisi kimi bu fəxri adı almaq mənim üçün böyük şərəfdir. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımız uğrunda gedən müharibə zamanı 1990-cı ildən 1999-cu ilədək Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərmişəm. Ağdam rayonunun Mahrızlı kəndində ilk səhra hərbi hospitalının yaradılmasında iştirak etmişəm. Ağdamın müdafiəsində iştirak edən "N" saylı hərbi hissənin tibb bölüyündə həkim işləmişəm. Döyüşçülərə etdiyim yardımlara görə hərbi hissə komandanlığı tərəfindən təşəkkürnamə almışam. 1992-ci ildə baş verən əsrin faciəsi - Xocalı soyqırımı zamanı əsirlikdən qayıdan və döyüşdə yaralanan yaralıların sağalması üçün bütün kollektiv əlindən gələni edib. Bərdə şəhərində salınan ilk qaçqın şəhərciyinin tibbi xidmətinin yaradılmasında da iştirakım olub. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 18 nömrəli birləşmiş xəstəxanasının baş həkimin müavini işləyirəm. Ara-sıra Azərbaycanda və xarici mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edirəm.
İyun ayının 17-də səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirildi. Tədbirdə Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı, "Əməkdar həkim" və "Əməkdar müəllim" medalı və adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları oxundu və nazir layiq görüldüyümüz mükafatları təqdim etdi.
Hesab edirəm ki, cənab Prezidentin verdiyi "Əmakdar həkim" fəxri adı tək mənə yox, uzun illər birgə fəaliyyət göstərdiyim Ağdam şəhər tibb işçilərinə verilən qiymətdir. Tibb işçilərinə göstərilən diqqət və qayğı, səhiyyəmizin daha da inkişaf etdirilməsi üçün verilən qərarlara görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.
Taryel EYVAZOV,
tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar həkim
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!