05 İyul 2025 08:15
507
CƏMİYYƏT
A- A+
Prezidentin ali qonaqlara qürurla təqdim etdiyi Vətən torpağı

Prezidentin ali qonaqlara qürurla təqdim etdiyi Vətən torpağı


Qarabağ uzun illərdən sonra Azərbaycan üçün yalnız ərazi bütövlüyü məsələsi deyil, həm də qəlbi və ruhu bərpa edən bir məkan halına gəlib. Azərbaycan öz torpaqlarını azad etmiş və indi bu ərazilər sürətlə bərpa olunur. Bu, bir xalqın tarixində nadir hallarda görünən böyük əhəmiyyətə sahib bir hadisədir.

Qarabağ və Şərqi Zəngəzurda gedən dirçəliş və tikinti-quruculuq işləri yalnız yaşayış yerlərinin və infrastrukturun yenidən qurulmasından ibarət deyil. Bu, həm də zəngin bir mədəniyyətin, qədim bir tarixin bərpasıdır. Prezident İlham Əliyev bu işlərin çoxmərhələli olduğunu və hər bir addımın həm texniki, həm də sosial mənada böyük əhəmiyyət daşıdığını vurğulamışdır. İndiyə kimi regionda yeni şəhərlər, kəndlər salınıb, yollar çəkilib, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilib, kənd təsərrüfatı bərpa olunub, iş yerləri açılıb. Prezident İlham Əliyev bütün bu bərpa və quruculuq prosesini dünyaya yalnız daxili məsələ kimi deyil, həm də Azərbaycanın gücünü, iradəsini və humanist dəyərlərini nümayiş etdirən qlobal bir mesaj kimi təqdim edir. Dövlət başçısı regiona gələn xarici ölkə rəhbərlərini, nümayəndə heyətlərini, beynəlxalq təşkilatların təmsilçilərini və ölkəmizə dost münasibəti olan qonaqları Qarabağda şəxsən qarşılayır. Onlara həyata keçirilən nəhəng layihələri böyük qürurla nümayiş etdirir, regionda aparılan işlərin miqyasını göstərir. Bu zaman Prezident İlham Əliyev həm də haqqın, ədalətin və beynəlxalq hüququn təntənəsini ortaya qoyur. 

Dövlət başçısının hər çıxışında, hər təqdimatında hiss olunan bir qürur, bir fəxr var. Bu, sadəcə Prezidentin deyil, həm də xalqın adından danışan, onun çəkdiyi acını, qələbə sevincini və qurub-yaratmaq əzmini dünya ictimaiyyətinə çatdıran liderin qürurudur. O, bu torpaqlarda baş verən dəyişikliyi sadəcə dövlət başçısı kimi yox, həm də tarixi yaşadan və  yeni tarix yazan bir şəxsiyyət kimi təqdim edir. Hər ağacı, hər daşı, hər tikilini xalqımızın keçdiyi çətin yolların, ağrıların, eyni zamanda əyilməyən qürurun sübutu kimi göstərir. Xarici qonaqlara bu reallıqları nümayiş etdirərkən dövlətimizin başçısının səsində həm təmkin, həm də dərin emosiya hiss olunur. Bu, məğlubiyyətin qürura, dağıntının quruluşa, kədərin sevincə çevrilməsindən doğan duyğuların ifadəsidir. Prezident qonaqlara yalnız müasir texnologiyalarla qurulmuş infrastrukturu göstərmir, həmçinin xalqın iradəsini, torpağa bağlılığını, şəhidlərin xatirəsinə olan sonsuz ehtiramı nümayiş etdirir. Bu təqdimatlarda bir millətin hekayəsi ehtiramla, sevgi ilə danışılır - işğalla sınmayan, zəfərlə yüksələn, quruculuqla əbədi qalan bir xalqın hekayəsi...

Dövlət başçısının gözlərində acı xatirələrin izləri olsa da, nitqində, duruşunda və təqdimatında qalib bir xalqın əminliyi, öz torpağında başıdik, alnıaçıq dayanan bir liderin inamı hiss olunur və o, bunu çox qürurla əcnəbi qonaqlara ötürə bilir. Həmin anlarda bütün şəxsi duyğular, xalqın yaşantısı ilə birləşərək dövlətin adını uca tutan ifadəyə çevrilir: "Bu torpaqlarda ədalət bərpa olunub və Azərbaycan bu haqqı öz gücü, öz iradəsi ilə qazanıb". 

Prezident İlham Əliyevin xarici dövlət  rəhbərlərini Qarabağda şəxsən müşayiət etməsi, bərpa prosesinin detalları ilə bağlı məlumat verməsi onun bu missiyaya necə dərindən bağlandığını göstərir. Bu missiya təkcə bir quruculuq işi deyil, bir xalqın yenidən doğuluş hekayəsidir. Dövlət başçısı bu hekayəni qonaqlara danışarkən keçmişin ağrılı xatirələrini də, bu günün qələbə əzmini də bütün səmimiyyəti ilə bölüşür.

Qonaqlar isə təkcə müasir infrastrukturun, "ağıllı" kəndlərin və yeni tikililərin şahidi olmurlar, həm də bir xalqın mədəniyyətinin, tarixinin, milli ruhunun necə canlandırıldığını görürlər. Görürlər ki, İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru sadəcə bir coğrafi ərazi deyil, Azərbaycanın kimliyinin, mədəni irsinin və suverenlik anlayışının ayrılmaz bir parçası kimi təqdim edir. Və bu təqdimatın arxasında dayanan iradə,  inam dünya ictimaiyyətinə çox aydın və güclü bir mesaj verir: "Azərbaycan xalqı bu torpaqlara sülh, inkişaf və ədalətlə qayıdıb, buradan bir daha heç vaxt ayrılmayacaq. Biz bu torpaqlarda əbədi yaşayacağıq".

Bu gün biz Prezidentin vurğuladığı böyük zəfərin, quruculuqla tamamlanan tarixi dönüşün növbəti mərhələsinə şahidlik edirik. Qarabağ artıq təkcə Azərbaycanın deyil, beynəlxalq siyasətin, iqtisadi əməkdaşlığın və regional təhlükəsizliyin də mərkəzinə çevrilir. Bunun ən bariz nümunəsi kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşünün məhz Xankəndidə keçirilməsini göstərə bilərik ki, bu da çox böyük tarixi əhəmiyyət daşıyır.

İyulun 3-də Prezident İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün digər iştirakçılarının Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləməsi böyük bir xalqın zəfərinin, iradəsinin və mədəni ruhunun dünyaya təqdimatı idi. Qarabağ atlarının azad torpaqlarda şahə qalxması yalnız bir tamaşa deyildi, tarixin və qürurun canlı nümayişi idi. Prezident İlham Əliyevin ali qonaqlarla birlikdə bu anlara şahidlik etməsi isə onun qalib lider kimi regionu necə inamla və qürurla dirçəltdiyini göstərirdi. İlham Əliyevin yanında əyləşən dövlət və hökumət başçıları təkcə qəhrəmanlığı tərənnüm edən  tamaşaya baxmırdılar, həmçinin qalib liderin öz xalqı və tarix qarşısında böyük qürurla dayandığına şahidlik edirdilər. İlham Əliyev bu tədbirdə sadəcə ev sahibi yox, həm də Zəfəri, ədaləti və ləyaqəti təmsil edən bir Lider kimi çıxış edirdi. Onun baxışlarında qürur, duruşunda inam, ləyaqət, davranışında isə qalibin təmkinli gücü hiss olunurdu.

Dövlət başçısının səmimi və dərin hisslərlə etdiyi digər təqdimatlar da  ECO liderlərinə Qarabağın necə bir tarixi anlam daşıdığını açıq göstərdi. İlham Əliyevin  bu zirvədəki duruşu Zəfərin arxasında dayanan iradəni, xalqla Lider arasındakı sarsılmaz birliyi və əbədi qayıdışın nə qədər haqlı və möhkəm əsaslara söykəndiyini nümayiş etdirdi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!