31 Mart 2026 19:33
186
DÜNYA
A- A+
Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

Martın 31-də Ankaradakı Prezident Kompleksində Türkiyədə beşinci nəsil simsiz mobil rabitə texnologiyasının (5G) tətbiqinə başlanılması münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə Prezidenti bildirib ki, 5G texnologiyaları rəqəmsal transformasiyanı sürətləndirəcək, istehsal həcmini artıracaq, xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq və ölkənin qlobal rəqabət qabiliyyətini gücləndirəcək.

Onun sözlərinə görə, müasir dünyada yüksəksəviyyəli kibertəhlükəsizlik və rəqəmsallaşma güclü və nüfuzlu dövlətin əsas göstəricilərindəndir.

“Regionda, o cümlədən Livan, Fələstin və İranda baş verən proseslər virtual məkanda da müdafiə tədbirlərinin təmin edilməsinin vacibliyini göstərdi. “Məlumatlar dövrü”ndə siyasi sabitlik, iqtisadi müstəqillik və rəqəmsal sahədə suverenlik bir-birini tamamlayır. Ölkə dövlət sərhədlərini qoruduğu kimi kiberməkanda da eyni səviyyədə özünü qoruya bilmirsə, bu, ciddi boşluq deməkdir. Biz Türkiyəni rəqəmsal sahədə nümunə olaraq qəbul olunan səviyyəyə çatdırmışıq”, – deyə Türkiyə lideri bildirib və kiberməkanı “Türkiyənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi” adlandırıb.

Bu baxımdan Prezident yerli proqram təminatının fəal şəkildə hazırlanmasının və bu sahədə kifayət qədər ixtisaslı kadrların mövcudluğunun vacibliyini vurğulayıb və qeyd edib ki, bu amillər Türkiyəni rəqəmsal dünyanın “parlaq ulduzuna” çevirib.

Dövlət başçısı əlavə edib ki, 5G texnologiyaları ölkədə məlumat ötürmə qabiliyyətini on dəfə artıracaq və iki il ərzində Türkiyənin bütün vilayətlərini əhatə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Netanyahu: İran hərbi proqramlara təxminən bir trilyon dollar xərcləyib  

23:33
31 Mart

Əraqçi: İran sadə atəşkəslə razı deyil

23:01
31 Mart

Səudiyyə Ərəbistanında gün ərzində 12 PUA və 4 ballistik raket zərərsizləşdirilib  

22:37
31 Mart

Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirməyi hələlik nəzərdən keçirmir

22:36
31 Mart

SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb

21:37
31 Mart

Azərbaycan və İpək Yolu Fondu arasında yeni investisiya fondu yaradıla bilər

20:47
31 Mart

Nazir: Ölkəmizdə aparılan islahatlar xarici investisiyaların təşviqinə geniş imkanlar açır  

20:41
31 Mart

Sabahdan Azərbaycanda elektron siqaretlərin istifadəsi və satışı qadağan olunur

20:01
31 Mart

Belçika Baş nazirinin müavini İran ərazisindən Naxçıvana dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib

19:36
31 Mart

Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

19:33
31 Mart

Azərbaycan Ordusunda soyqırımı qurbanlarının xatirəsi anılıb

19:21
31 Mart

“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

19:13
31 Mart

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

18:24
31 Mart

FIFA dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb  

18:22
31 Mart

Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

17:53
31 Mart

Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  

17:35
31 Mart

Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb 

17:24
31 Mart

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

17:19
31 Mart

Macarıstan “Caspian Agro-2026”da iştirak etməyə dəvət olunub

17:12
31 Mart

Budapeştdə Azərbaycanın qütblərarası dialoqun təşviqindəki rolundan danışılıb

17:03
31 Mart

Ağdərədəki təlim mərkəzində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

16:59
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!