Prezident İlham Əliyev Cəlilabadda “Günəşli-Aqro” MMC-nin aqroparkında yaradılan şəraitlə tanış olub
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Cəlilabadın Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir. İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrindən olan heyvandarlığın inkişafına təkan verir, bu sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır. Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibini yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması rayonun iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə başlaması həm də regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə, idxalı əvəzləyən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin tərkib hissəsi kimi xarakterizə edilir.
Dövlətimizin başçısı aqroparkın texniki göstəricilərini əks etdirən stendə baxdı.
Məlumat verildi ki, aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma - pivot sistemləri quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda, 160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda, 1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd saman bağlaması götürülüb. 2018-ci ildə 173 hektarda pambıq, 240 hektarda buğda, 507 hektarda arpa, 80 hektarda qarğıdalı, 530 hektarda şəkər çuğunduru və 70 hektarda yonca əkilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevə, həmçinin İqtisadiyyat Nazirliyinin təklifləri əsasında regionlarda yaradılan və yaradılacaq aqroparklar barədə də məlumat verildi.
Hazırda respublikada 26 rayon üzrə 157,8 min hektar ərazidə 37 aqroparkın yaradılması təşviq olunur. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.
Sonra dövlətimizin başçısı “Günəşli-Aqro” MMC-nin aqroparkı ilə yaxından tanış oldu. İlkin mərhələdə burada 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası və talvarlar, yardımçı binalar tikilib və sağım sistemi quraşdırılıb. Gələcəkdə aqroparkda 2500 baş ətlik istiqamətli heyvan saxlanılması nəzərdə tutulur. Bununla da kompleksin tutumu 3000 başa çatdırılacaq. Təsərrüfata ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 232 baş cins inək gətirilib. Bundan başqa, aqropark üçün kənd təsərrüfatı texnikaları, o cümlədən Türkiyədən hər birindən 2 ədəd olmaqla kombayn, qarğıdalıbiçən, silosdoğrayan, otbiçən, otbağlayan, gübrədaşıyan, otdoğrayan maşın, süd tankeri və taxılsəpən qoşqu alınıb. Bundan başqa, burada 40 ədəd elektron, 20 ədəd mexaniki sağım aparatı quraşdırılıb, “Belarus” markalı 3 traktor, 3 qoşqu və 3 kotan alınıb.
Aqroparkda dəyəri 4,1 milyon manat olan heyvandarlıq kompleksi üçün investisiya təşviqi sənədi də verilib. Gələcəkdə aqroparkda dəyəri 5 milyon manat, gündəlik emal gücü 20 ton olan süd zavodunun və dəyəri 1.5 milyon manat, illik gücü 1000 ton ət kəsimi olan fabrikin yaradılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 350-dək yeni iş yeri yaradılacaq.
Bu cür aqroparkların yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlər, dövlətimizin başçısının bu sahənin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün qəbul etdiyi qərarlar artıq öz bəhrəsini verir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!