Prezident İlham Əliyev Bakıdakı 245 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 245 nömrəli tam orta məktəbin əsası 1968-ci ildə qoyulub. Uzun illər təmir olunmayan məktəbdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri görülüb. 1800 şagird yerlik məktəbdə tədris iki növbəli sistemdə Azərbaycan və rus dillərində aparılır. Hazırda burada 80 sinifdə 2111 şagird təhsil alır. Şagird sıxlığı təbii ki, təlim-tədrisin vəziyyətinə təsirsiz ötüşmürdü. Bu və digər obyektiv amillər nəzərə alınaraq 2014-cü ildə məktəb üçün yeni korpusun inşasına başlandı.
Dövlət proqramına əsasən iki il ərzində görülən tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırıldı.
Yeni korpus 20 sinif otaqlı olmaqla 576 şagird üçün nəzərdə tutulub. Bütün sinif otaqları zəruri tədris ləvazimatları, əyani vəsaitlərlə təchiz olunub. Bununla da məktəb yeni tədris ilində şagirdləri daha keyfiyyətli təlim-tədrislə təmin etməyə hazır vəziyyətə gətirilib.
Prezident İlham Əliyev məktəbin akt və idman zalına da baxdı.
Bildirildi ki, məktəbdə 189 işçi çalışır, şagirdlərin təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Öz uğurlarını getdikcə artıran məktəbi 2015-2016-cı tədris ilində 127 şagird bitirib. Onlardan 76 nəfəri bu il yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olunub. Bununla da ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi konsepsiya bu məktəbin timsalında da öz uğurlu bəhrəsini verməyə başlayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!