10 Avqust 2025 08:15
1122
SİYASƏT
A- A+
Prezident İlham ƏLİYEV: "Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır"

Prezident İlham ƏLİYEV: "Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır"


Bu, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsidir


Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri şərçivəsində Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır Əlbəttə, bu sənədin böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, dövlətimizin başçısı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bunu xüsusi vurğulamışdır.

"Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni sadəcə olaraq bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik".

Prezidentimizin sözügedən səfəri çərçivəsində artıq Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirildiyi bildirilmişdir. Yəni biz vaxt itirmək istəmirik. 

"Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir", - deyə Prezident İlham Əliyev vurğulamışdır.

Müsahibə zamanı verilən suallardan biri Konqresin onillər əvvəl ABŞ-nin Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişin ləğv olunması barədə idi. Dövlətimizin başçısı bu ədalətsiz düzəlişin ləğv edilməsini və Trampın bunu məhz öz ofisində onun iştirakı ilə etməsini rəmzi xarakter daşıyıdığını qeyd etmişdir: "Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi". 

ABŞ Prezidenti Trampın bu jestinin bizim üçün böyük bir mənası olduğunu vurğulayan dövlətimizin başçısı onu da demişdir ki, əlbəttə, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Dövlətimizin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik.

Prezident İlham Əliyev ABŞ-nin dövlət başçısının şahidlik etdiyi Birgə Bəyannamədə məhz bizim mövqeyimizi göstərən müddəanın olduğunu diqqətə çatdırmışdır. Bu, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışa aid müddəadır: "Bizim istədiyimiz sadəcə Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik".

Azərbaycana bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır. Çalışsaq, bəlkə də altı ay kifayət edər. Ölkəmiz eyni zamanda Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayır. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyac var. Təkcə dəmir yolu deyil, elektrik ötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturu da nəzərdə tutulur.

"Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq" deyərək Prezidentimiz həmçinin bunu da xatırlatdı: "Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz. Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib".

Xəbər verildiyi kimi, avqustun 7-də dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Prezident İlham Əliyev müsahibəsində "ExxonMobil" və SOCAR arasında əməkdaşlıq haqqında imzalanmış bu Anlaşma Memorandumu əhəmiyyətli bir layihə ilə nəticələnəcəyinə əmin olduğunu bildirmişdir. "ExxonMobil " dünyanın ən aparıcı enerji şirkətlərinin sırasında dayanır və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" layihəmizə qoşulub. Eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin səhmdarlarıdan biridir.

"ExxonMobil"lə imzalanan yeni sənədin əhəmiyyətini qeyd edərək Prezidentimiz demişdir: "Burada xüsusi nümayəndə cənab Vitkovun, ABŞ enerji nazirinin müavininin və mənim iştirakımla keçirilən imzalanma mərasimi əslində göstərir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, Anlaşma Memorandumunun imzalanmasında iştirak etməzdik. Mən nadir hallarda Anlaşma Memorandumunun imzalanmasında iştirak edirəm. Bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, amma bu, sadəcə, bir Anlaşma Memorandumudur. Lakin bizim ixtiyarımızda çoxlu texniki amillər var ki, bunlar böyük bir karbohidrogen yatağının kəşfinə işarə edir".

Bu hadisə də göstərir ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığında enerji əməkdaşlığı mühüm istiqamətlərindən biri olaraq qalacaq. Enerji dedikdə neftdir, qaz, potensial kimi bərpaolunan mənbələr nəzərdə tutulur.

"Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-nin 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik". Dövlətimizin başçısı bunların gələcək gündəliyimizin yalnız bir hissəsi olduğunu da qeyd etmişdir. Eləcə də ABŞ ilə süni intellekt, rəqəmsal transformasiya sahlərində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər olduğunu nəzərə çatdırmışdır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!