31 Avqust 2026 11:20
132
SİYASƏT
A- A+
Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur  

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur  


Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda yer alıb.

“Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş

12:12
31 Avqust

Siyasi şərhçi: Azərbaycan–ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır

12:10
31 Avqust

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir

12:06
31 Avqust

Sentyabrın hava proqnozu açıqlanıb: Bəzi yerlərdə temperatur yüksək olacaq

12:04
31 Avqust

Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

12:00
31 Avqust

Polşa Milli Olimpiya Komitəsinin rəhbəri həbs olundu

11:55
31 Avqust

Qrand Kanyonda daşqın nəticəsində təxminən 15 nəfər itkin düşüb

11:52
31 Avqust

ABŞ-İran savaşı yenidən qızışdı

11:50
31 Avqust

DİN: 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

11:47
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

11:45
31 Avqust

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

11:35
31 Avqust

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir – BDYPİ-dən çağırış

11:30
31 Avqust

Faktiki hava: Bəzi yerlərdə leysan yağır

11:27
31 Avqust

Trinidad və Tobaqo Respublikasının Prezidenti Zati-aliləri xanım Kristin Karla Kanqaluya

11:25
31 Avqust

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur  

11:20
31 Avqust

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə

11:15
31 Avqust

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır  

11:10
31 Avqust

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova  

11:08
31 Avqust

On nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

11:07
31 Avqust

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

11:05
31 Avqust

Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri cənab Tufan Erhürmana

10:55
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!