14 Oktyabr 2025 09:15
13062
Səhiyyə
A- A+
Payız - immunitetin sınandığı fəsil

Payız - immunitetin sınandığı fəsil


Mövsüm dəyişiklikləri təkcə təbiətə deyil, insan orqanizminə də təsirsiz ötüşmür. Orqanizmin sınaq dövrü olan payızda hava dəyişkənliyi, qeyri-sabit temperatur, rütubətin artması və günəş işığının azalması bədənin müdafiə sistemini zəiflədir. İnsan özünü yorğun,  halsız, depressiv hiss edir, melanxoliyaya meyilli olur. Statistikaya görə, yoluxucu xəstəliklərin artması da məhz bu dövrə, xüsusən də payızın ikinci yarısına təsadüf edir.

Yayın sonundan etibarən virus infeksiyalarında ümumi artım müşahidə olunur. Mütəxəssislər bu yoluxmaların əksəriyyətinin koronavirus olduğunu düşünürlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son 2-3 ayda ümumi yoluxma hallarının artdığını bildirir. ABŞ Xəstəliklərə Nəzarət mərkəzlərinin məlumatlarına görə, mövcud COVID-19 hallarının əksəriyyəti risk qrupuna daxil olan insanlar üçün daha təhlükəlidir. Virusların ən çox təmas yolu ilə keçdiyini bildirən mütəxəssislər yoluxucu xəstəliklərdən qorunmaq üçün sadə, lakin təsirli tədbirləri xatırladırlar. Soyuq havalarda qapalı məkanlarda daha çox vaxt keçirmək infeksiyaların artmasına səbəb olur. Bu məkanların tez-tez havalandırılması, əl gigiyenasına diqqət edilməsi, riskli səthlər olan qapı tutacaqları, kompüter klaviaturaları və telefonların antiseptiklərlə təmizlənməsi tövsiyə olunur.

Mövsümi sağlamlıq problemlərinin qarşısına almaq, immuniteti qüvvətləndirmək üçün sağlam həyat tərzinə, düzgün qidalanmaya, yuxu rejiminə, fiziki aktivliyə riayət etmək lazımdır. Payız aylarında insanlarda yorğunluq, əhvalın olmaması, təşviş və səbəbsiz narahatlığın müşahidə edilməsi orqanizmdə vitamin və mikroelementlərin çatızmazlığı, günəş işığının defisiti ilə əlaqələndirilir. Bunun qarşısını almaq üçün gündəlik qidalanmada karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Əhvali-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı çalışması üçün iki mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur. Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəaliyyətini dayandıra bilər. Belə olduqda bədənimizin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır. Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.

Soyuq havalarda bədən günəş şüalarına birbaşa məruz qalmadığı üçün vitamin D defisiti yaranır. Nəticədə taqətsizlik, sümük ağrıları, saçların tökülməsi və dırnaqların qırılması kimi hallar müşahidə olunur. Sağlamlığımız üçün vacib olan C vitamini immun hüceyrələrini yad cisimlərdən qorumaq, B qrupu vitaminləri isə maddələr mübadiləsində aktiv iştirakı ilə yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırmaq gücünə malikdir. Mütəxəssislər bildirirlər ki, fəslin dəyişməsi ilə əlaqədar yaranan stres sağlam insanlara da mənfi təsir göstərir. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur.

Payız və qış aylarında immunitetin ən böyük dayağı düzgün qidalanmadır. Meyvə-tərəvəzlər - xüsusilə C vitamini ilə zəngin portağal, narıngi, kivi, alma, itburnu və brokkoli - orqanizmi infeksiyalardan qoruyan əsas qalxandır. Balqabaq, kök, çuğundur kimi beta-karotin mənbələri isə hüceyrələri yeniləyir. Sarımsaq, zəncəfil, bal, limon kimi təbii antibiotikləri süfrədən əskik etməmək vacibdir. Bundan əlavə, balıq, qoz və kətan toxumunun tərkibində olan omeqa-3 yağ turşuları immun sistemini balansda saxlayır. Qida rasionuna probiyotik mənbəyi olan qatıq, kefir və pendir kimi süd məhsullarının əlavə edilməsi də vacibdir. Orqanizmi zəiflədən yağlı, qızardılmış və konservləşdirilmiş məhsullardan, siqaret və spirtli içkilərdən isə uzaq durmaq məsləhətdir. Gündə 2-2,5 litr su içmək selikli qişaları nəm saxlamağa kömək edir və toksinləri təmizləyir. Bu aylarda susuzluq hiss etməmişdən əvvəl su içmək vərdiş edilməlidir.

Gecə yuxusu insan orqanizminin bərpa mərhələsidir. Hər gecə 7-8 saatlıq fasiləsiz yuxu həm immuniteti, həm də psixoloji tarazlığı qoruyur. Axşam saatlarında ekran qarşısında çox qalmaq, sosial şəbəkələrdə çox dolaşmaq yuxu keyfiyyətini pozur. Onun yerinə sakit musiqi, isti çay, ya da kitab bədənin ritmini təbiətin ritmi ilə uyğunlaşdırmağa kömək edir. Hər gün 30 dəqiqəlik gəzinti, yüngül idman və ya evdə edilən sadə hərəkətlər qan dövranını yaxşılaşdırır, bədənin istilik balansını qoruyur, hormon sistemini aktivləşdirir, rahat yuxunu təmin edir.

Bəzən insan immunitetin zəifləməsini yalnız soyuqdəymə və ya qidalanma ilə əlaqələndirir. Amma emosional gərginlik və stres də bədən müdafiəsini aşağı salan ən önəmli faktorlardandır. Rahatlıq, pozitiv düşüncə, ailə və dostlarla ünsiyyət, sevilən məşğuliyyətlər orqanizmin "psixoloji peyvəndi" rolunu oynayır. Mütəxəssislərin tövsiyələrinə riayət edərək payız mövsümünü xəstələnmədən, sağlam, enerjili və gümrah başa vura bilərik.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sığorta sektorunda artım: ilk üç ayda yığımlar və ödənişlər

19:16
28 Aprel

Kəşmirdə mədrəsənin fəaliyyətini dayandırılnası etitaz doğurub

19:01
28 Aprel

İqlim dəyişikliyi antibiotiklərin təsirini azaldır

18:52
28 Aprel

Peyklər Yerin gecə həyatındakı dəyişikliyi qeydə alıb

18:43
28 Aprel

Genlər ömrün uzunluğuna düşündüyümüzdən daha çox təsir edir

18:39
28 Aprel

Uşaqların diş qoruyucuları xəstəlik mənbəyi ola bilər

18:27
28 Aprel

Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

18:26
28 Aprel

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

18:25
28 Aprel

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:23
28 Aprel

Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub

18:21
28 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

18:20
28 Aprel

bp-nin mənfəəti 129 faizədək artıb

18:17
28 Aprel

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar  

18:13
28 Aprel

Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib

18:13
28 Aprel

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb  

18:08
28 Aprel

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

18:07
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:57
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:45
28 Aprel

Braziliyada “Azərbaycan Mədəniyyət Günü”  

17:29
28 Aprel

Gürcüstan patriarxı vəzifəsinə namizədlər müəyyənləşib

17:21
28 Aprel

İran neftinin tədarükü üçün alternativ yollar axtarılır

17:15
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!