28 Aprel 2026 18:26
164
CƏMİYYƏT
A- A+
Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev ölkəmizin Mərakeş Krallığında səfirliyini ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini yad edib. Səfirliyin heyəti ilə görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.

Mərakeş Krallığının Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Mərakeş Krallığı ortaq dəyərləri paylaşdığımız Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq ölkəmizlə həmrəy mövqe nümayiş etdirib. Xüsusilə son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident İlham Əliyevin və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib. Dövlət rəhbərləri arasında mövcud səmimi münasibətlər isə qurumlar arasında əməkdaşlığın inkişafına rəvac verir.

Öz növbəsində, Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Mərakeş Krallığı Prokurorluğunun fəaliyyəti barədə məlumat verən ev sahibi son illərdə Azərbaycan Prokurorluğuda həyata keçirilmiş köklü islahatlar və tətbiq edilmiş yeni institutlar nəticəsində fəaliyyətin səmərəliliyinin artırılması barədə məlumatlı olduqlarını qeyd edib, ölkəmizin təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Mərakeş Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, korrupsiya hallarına qarşı mübarizə tədbirləri, o cümlədən müvafiq Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı Mərakeş Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ətrafında müzakirə aparılaraq razılıq əldə edilib.

Görüşdə ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səfərov da iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir, digər dövlət qurumlarının rəhbərləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Instagram” yeni tətbiqini test edir

19:58
28 Aprel

Kanadada uşaqlar üçün sosial media və çatbotlara məhdudiyyət müzakirə olunur  

19:47
28 Aprel

Gələcəyin şəhərləri: WUF13 ölkə boyu səyahət edir

19:43
28 Aprel

Türkiyədə Afina heykəli tapılıb  

19:35
28 Aprel

Xidmətin sərhədləri: “ASAN” modeli Qvineyada tətbiq olunacaq

19:29
28 Aprel

Sığorta sektorunda artım: ilk üç ayda yığımlar və ödənişlər

19:16
28 Aprel

Kəşmirdə mədrəsənin fəaliyyətini dayandırılnası etitaz doğurub

19:01
28 Aprel

İqlim dəyişikliyi antibiotiklərin təsirini azaldır

18:52
28 Aprel

Peyklər Yerin gecə həyatındakı dəyişikliyi qeydə alıb

18:43
28 Aprel

Genlər ömrün uzunluğuna düşündüyümüzdən daha çox təsir edir

18:39
28 Aprel

Uşaqların diş qoruyucuları xəstəlik mənbəyi ola bilər

18:27
28 Aprel

Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

18:26
28 Aprel

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

18:25
28 Aprel

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:23
28 Aprel

Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub

18:21
28 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

18:20
28 Aprel

bp-nin mənfəəti 129 faizədək artıb

18:17
28 Aprel

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar  

18:13
28 Aprel

Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib

18:13
28 Aprel

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb  

18:08
28 Aprel

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

18:07
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!