Payız depressiyası
Payızın gəlişi bir sıra hallarda əhvali-ruhiyyəni pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Depressiyanın səbəblərini dəqiq aşkar etmək mümkün olmasa da, psixiatrların fikrincə, əsas səbəb günəş işığının azalması nəticəsində yaranan hormonal dəyişikliklərdir.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlığ Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova AZƏRTAC-ın müxbirinə deyib: "Payız dəyişikliyi ilk növbədə melatonin hormonunun artmasına aparıb çıxarır. Orqanizmdə temperaturu tənzimləyən həmin hormonun yüksəlməsi hərarətin azalmasına, yuxululuğun və iştahanın artmasına səbəb olur.
İkinci səbəb serotonin hormonunun azalmasıdır. Həmin hormon əhvalın tənzimlənməsi, yuxu ilə ayıqlığın tarazlanmasına cavabdehdir. Orqanizmdə melotoninin artması avtomatik olaraq serotonin azalması ilə nəticələnir. Məmnunluq və xoşbəxtlik hissinin yaranması, həmçinin əhvali-ruhiyyə yüksəkliyi üçün qanda serotonin yüksək miqdarda olmasıdır.
Günəş işığının intensivliyinin azalması dofamin adlı daha bir neyromediatorun miqdarının azalmasına səbəb olur, diqqətin və ətraf mühitdə baş verən hadisələrə marağın zəifləməsi ilə nəticələnir. Aparılan tədqiqatlar göstərir ki, mövsümi depressiyadan günəş işığı az olan şimal qurşaqlarında yaşayanlar daha çox əziyyət çəkir.
Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi- artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur".
Depressiyadan xilas olmaq barədə danışan şöbə müdirinin fikrincə, payız depressiyası ilə mübarizə aparmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.
Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir.
Psixiatr daha sonra deyib: "Çox mühüm məsələlərdən biri də dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır.
Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!