07 May 2025 09:50
456
SİYASƏT
A- A+
Paşinyan üçün impiçment təhlükəsi

Paşinyan üçün impiçment təhlükəsi


Ermənistanda revanşistlər yenidən fəallaşıb


Ermənistanda  siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam gərginləşməkdədir. Tərəflərin biri-birlərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır. İndi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Belə bir gərgin vəziyyət isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olduğunu deməyə əsas verir.

Artıq kilsə və revanşistlər yenidən fəallaşıb. Onlar açıq şəkildə Paşinyan hakimiyyətinə qarşı mübarizəyə başlayıblar. Ölkənin ikinci böyük şəhəri Gümrüdə keçirilən yerli seçkilərdəki nəticə də revanşistləri bir qədər ruhlandırıb. Paşinyana gəldikdə, isə hələlik o, mövqeyini qoruyub saxlamaqdadır. Amma Qərbdən, xüsusən də ABŞ-dən gələn yardımların kəsilməsindən sonra Paşinyanın da vəziyyəti ağırlaşıb. O, revanşistlərdən çəkindiyindən yenə də bir sıra məsələlərdə qəti addımlar atmaq istəmir.

Bütün bunlar azmış kimi Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur. "Biz yatmırıq" vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.

E.Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib: "Məndə belə təəssürat yaranıb ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir".

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakopyan isə öz "Facebook" səhifəsində yazıb ki, bu günlərdə müxalifət meydanında açıq seçki kampaniyası gedir, bunun kulminasiya nöqtəsi hazırda Nikolun impiçmenti təşəbbüsüdür. Onun sözlərinə görə, indiki məqamda impiçmentin reallığa çevrilmək şansı demək olar ki, yoxdur: "Edqar Kazaryanın səmimiliyinə şübhə etmədən, düşünürəm ki, o da əmindir ki, indiki məqamda bunun reallığa çevrilmək şansı demək olar yoxdur. Söhbət ondan getmir ki, baş nazirliyə namizəd yoxdur. Ancaq mən həm də düşünmürəm ki, təşəbbüsün praktiki qeyri-reallığına görə baş nazirliyə namizəd kimi hansısa ictimai xadim bu təşəbbüsdə iştiraka razı olar. Əgər impiçment uğursuzluğa düçar olarsa, bu, parlament müxalifətinin onsuz da kifayət qədər aşağı olan reytinqinə təsir edəcək və bu, hazırkı baş nazirin mövqelərinin möhkəmlənməsinə birbaşa töhfə verəcək", - deyə Hakopyan qeyd edib.

Bütün bunların fonunda erməni diasporu ilə Hayastan hakimiyyəti arasında fikir ayrılıqları, qarşılıqlı narazılıqlar artır. Diaspor yalnız hakim dairələrin, bir qrup məmurun faydalandığını əsas gətirərək yardımını azaldıb. Bu yardımların azalması, bəzən isə dayanması ölkədə iqtisadi vəziyyəti də pisləşdirir. Məlumatlara görə, Rusiya KİV-ində Paşinyan əleyhinə yer alan məqalələrin sifarişçisi də erməni diasporudur. Diasporun dəstəyinin itirilməsi isə Paşinyanın hakimiyyətdəki mövqeyini sürətlə laxladır.  Bu da Paşinyan iqtidarı üçün əsas zərbələrdən biri hesab olunur. Məhz bu səbəbdən müxalifət Paşinyan rejimini yıxmaq üçün əlavə imkanlar qazanır.

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarları olmadan yaşaya bilmək iqtidarında olan ölkə deyil.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!