30 Dekabr 2020 03:12
1722
İQTİSADİYYAT
A- A+
“P-Aqro” MMC-nin Salyan filialı respublika üzrə birincidir

“P-Aqro” MMC-nin Salyan filialı respublika üzrə birincidir


Qələbə sevinci, eyni zamanda çətinlik və problemləri ilə həmişə yaddaşlarda yaşayacaq 2020-ci il başa çatmaq üzrədir. Məhz bu il xalqımız 27 illik həsrətə son qoydu. Qalib Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cənnətməkan Qarabağımızı düşmən tapdağından azad etdi. Xalq, iqtidar, ordu birliyi sayəsində əldə olunan bu Qələbə ümumxalq bayramına çevrildi.

Paytaxt Bakının baş meydanında Qələbə münasibətilə dekabrın 10-da Zəfər paradı keçirildi. Xalqımız Azərbaycanın ən yeni tarixini öz qanları ilə yazan, canlarından keçən şəhidlərimizi böyük iftixar, qürur, sayğı və minnətdarlıq hissi ilə yad edir. Başa çatmaqda olan 2020-ci il kimi çox illər keçəcək, insanlar nəsil-nəsil bu dünyaya gələcək və qocalıb köç edəcək, ölməzliyə qovuşan şəhidlərimiz isə həmişə yaşayacaqlar. Müstəqil respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində mühüm payları olan oğullar kimi, qazilərimiz də alnıaçıq, üzüağ gəzəcəklər. Qısa şəkildə desək, başa çatmaqda olan ilin ən mühüm, ən başlıca uğuru budur.

Çətinliyə gəldikdə isə o, həmişə olub. Bəlkə də onsuz həyatın özü mənasız görünərdi. Hər şey çətinlik, gərgin əmək nəticəsində əldə olunanda daha şirin, daha qiymətli olur. Bu ilin mart ayından başlayan koronavirus pandemiyası həmişə hərəkətdə olmuş, iş görməyə alışmış insanların sanki əl-qolunu bağlamışdır. Məhdudiyyətlərə, karantin rejiminin sərt qayda-qanunlarına əməl etməyə məcbur olan adamlar bu bəlanın çəkilib gedəcəyi günü böyük səbirsizliklə gözləməkdədirlər. Belə bir durumda torpaq mülkiyyətçiləri, fermerlər karantin qaydalarına əməl etməklə bərabər, bir an da olsun əllərini işdən soyutmurlar. Vəziyyət Salyan rayonunda da belədir.

Salyan respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Pambıqçılıq isə burada aqrar sahənin mühüm bir hissəsini təşkil edir. Qeyd etdiyimiz çətinliyə baxmayaraq, rayonda cari ildə pambıqçılıqda qazanılan nəticələr sevindiricidir. Rayon üzrə 5 min 10 hektar sahədən 20 min 335 ton "ağ qızıl” yığılıbdır. Hər hektarın məhsuldarlığı 40,5 sentner təşkil edir. Bu, pambıqçılıq rayonları arasında ən yüksək göstəricidir. Qazanılan parlaq qələbədə "P-Aqro” MMC rayon filialının rolu böyükdür. Müəssisə 2017-ci ildə, pambıqçılıq sürətli inkişaf dövrünə qədəm qoyduqdan sonra yaradılıb.

Savadlı, işgüzar, adamlarla işləmək qabiliyyəti, bacarığı olan kadrlar həyatda həmişə özlərinə yer tapa bilirlər. Onlardan biri də Mərdan Cəlilovdur. O, Salyan rayonunun Sarvan kəndində böyüyüb boya-başa çatıb. Məlumdur ki, Sarvan təkcə Salyanın deyil, bütün respublikamızın kənd təsərrüfatı sahəsində hələ sovetlər birliyi dövründə ad-san çıxarmış yaşayış məntəqələrindəndir. Ağlı kəsəndən Mərdan da atasının, özündən böyük qardaşının, qohum-qonşusunun torpaqla ülfət bağladığını görüb. Özü də bu yolu seçib. Aylar, illər keçdikcə torpağın sirlərinə bələd olmağa çalışıb. Kolxoz quruluşu ləğv edildikdən sonra pay torpağını əkib-becərir, yüksək məhsul əldə edir. Sonralar təsərrüfatını genişləndirir. Toxumçuluq sahəsində tez bir zamanda yaxşı fermer kimi ad çıxarır. Əkinçiləri yüksək keyfiyyətli arpa, buğda, yonca toxumu ilə təmin edir. Qazancı da yaxşı olur. O, eyni zamanda fermer kimi növbəli əkin sisteminin tətbiqinə xüsusi diqqət yetirir. Pambıq əkdiyi sahələrdən də yüksək məhsul götürür. Bunlara görə dövlət başçısının sərəncamı ilə İkinci dərəcəli "Əmək ordeni” ilə təltif olunur.

"P-Aqro” MMC-nin rayon filialı yarananda həmin keyfiyyətlərini nəzərə alaraq Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev əlaqədar təşkilatlar qarşısında bu müəssisəyə rəhbərlik etməyə Mərdan Cəlilovun namizədliyini irəli sürür. Təklif qəbul olunur.

M.Cəlilov ilk gündən işə ürəklə girişir. Şorsulu kəndində pambıq qəbulu məntəqəsinin tikilməsi üçün gecəli-gündüzlü çalışır, ətrafına bacarıqlı mütəxəssislər toplayır. "Yaxşı başlanğıc işin yarısıdır” deyiblər. Sadəliyini, nəcibliyini, sözünə bütöv adam olduğunu görən torpaq mülkiyyətçiləri, fermerlər onun başçılıq etdiyi filialla müqavilə bağlayırlar. Filialın işçiləri də öz növbəsində əkindən tutmuş yığıma qədər kənd əməkçilərinin yanında olur, müqavilədə nəzərdə tutulmuş şərtlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışırlar. Məhz bunun nəticəsidir ki, hər il yüksək məhsul yetişdirilir. Bu ilin göstəriciləri daha ürəkaçandır. 2 min 150 hektar sahədən 9 min 96 ton pambıq əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 42 sentnerdən çox olmuşdur. Ümumi məhsulun 90 faizi maşınlarla yığılmışdır.

"P-Aqro” MMC Salyan filialının əldə etdiyi bu göstərici respublika üzrə ən yaxşı nəticədir. Belə bir uğurun əldə edilməsində ayrı-ayrı sahibkarların əməyi böyük olmuşdur. Onlardan biri Sarvan kənd sakini Adıgözəl Əliyevdir. O, hər hektardan 52 sentner "ağ qızıl” əldə edib. A.Əliyev deyir: "Bu qədər pambıq yetişdirməyimin səbəbkarı dövlətimiz və müqavilə bağladığım müəssisədir. Sağ olsunlar, bizə hər cür qayğı göstərirlər. Şum, mala, əkin, becərmə işlərinin aparılmasında bizi toxum, lazımi texnika, mineral gübrələr, ziyanvericilərlə mübarizə üçün preparatlarla təmin edirlər. Becərmə zamanı kətmənləmə, suvarma işlərinin aparılmasında da yanımızda olurlar. Filialın mütəxəssisləri iş prosesində, demək olar ki, hər gün bizə baş çəkir, kultivasiyanın, suvarmanın və digər aqrotexniki tədbirlərin həyata keçirilməsində öz tövsiyələrini verirlər. Kim belə şəraitdən inciyə bilər?! Becərmə və yığımda çalışanlar yaxşı əməkhaqqı alırlar. Pambıq yığımı zamanı qazandığımız pul dərhal kartımıza köçürülür. Bununla bərabər, müəyyən müddətdən sonra hər kiloqram üçün dövlətdən 10 qəpik subsidiya da alırıq. Bütün bunlara görə insanlar pambıq əkməyə meyil göstərir”.

Sahibkar sonra bunları da əlavə edir: "Bu il çox şərəfli bir il oldu. Hamımızın ürəyində qubar bağlayan Qarabağ dərdimizin çarəsi tapıldı. Onu Prezident, Ali Baş Komandan İlham Əliev tapdı. Xalqımız dəmir yumruqla, özünün dediyi kimi, düşmənin başını əzdi. Müharibədə bizim kənddən də bir neçə gənc şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müharibənin başlanması pambıq yığımı ilə eyni vaxta düşdü. Biz də arxa cəbhədə çalışdıq ki, daha çox "ağ qızıl” toplamaqla ölkəmizin iqtisadi gücünün artmasına kömək edək. Vahid komandanlıq altında hamının bir zindana vurması nəticəsində qazanıldı bu Qələbə və hamımızı sonsuz dərəcədə sevindirdi”.

Ramil Rəhimov və Zabil Əliyev də filial üzrə yüksək göstərici əldə edən fermerlərdəndir. Onlar müvafiq olaraq hər hektardan 50 və 45 sentner məhsul götürüblər. Digər mülkiyyətçilərin uğurları da yaxşıdır. Bu isə xoş güzəran üçün başlıca şərt olan gəlirlərin də yaxşı olması deməkdir.

Beləcə, filialın kollektivi 2020-ci ili uğurla başa vurur. Onlar indi növbəti ilin bol məhsulu üçün götür-qoy edir, tədbirlər görürlər. Artıq 1000 nəfərdən çox sahibkar gələn il pambıq əkmək qərarına gələrək müəssisə ilə müqavilə bağlamışdır. Müqavilələrin sayı artmaqda davam edir. Bu isə deməyə əsas verir ki, filialın kollektivi birinciliyi əldə saxlamaq üçün indidən çalışır, əzmkarlıq göstərir. Atalar demişkən, niyyətin hara, mənzilin də ora.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!