Özbəkistan portalları 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “tnews.uz” və ”azon.uz” portalları 20 Yanvar faciəsi ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridildiyi, bir gecənin içində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədildiyi vurğulanıb. Bildirilib ki, nəticədə 147 insan qətlə yetirilib, 638 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 şəxs əsassız olaraq həbs edilib.
Yazılarda qeyd olunub ki, həmin gecə sovet ordusunun əsgərləri Azərbaycan xalqının azadlıq səsini boğmaq məqsədilə silahsız insanlara atəş açıb, günahsız adamlar öldürülüb, itkin düşüb və tutulub. Sovet imperiyası zaman-zaman azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə siyasəti aparıb, erməniləri müdafiə edib.
Bildirilib ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.
Materiallarda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklər haqqında da söhbət açılır. Bu qanlı faciənin törədilməsinə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Diqqətə çatdırılır ki, bu faciənin törədilməsi beynəlxalq hüququn normalarına ziddir. Belə ki, Bakıda 5.45 kalibrli zəhərli güllələrdən istifadə edilib və bu silahın istifadəsi də beynəlxalq qanunlarla qadağan olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!