25 Yanvar 2026 15:06
953
CƏMİYYƏT
A- A+
Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq sadəcə bir peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir.

44 günlük Vətən müharibəsindən sonra doğma torpağa qayıdan sakinlər arıçılıq ənənələrini yenidən dirçəldirlər. Onlardan biri də Kəlbəcər şəhər sakini Ceyhun Əsgərovdur.

Ceyhun Əsgərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 7 yaşında ikən ailəsi ilə məcburi köçkün düşərək Gəncədə məskunlaşıblar. Elə köçkünlük illərində arıçılıqla məşğul olmağa başlayıb. Hazırda Kəlbəcərdə həm müəllim kimi fəaliyyət göstərir, həm də arıçılıqla məşğul olur. “2022-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə arılarımızı hər yay Kəlbəcərə bal mövsümünə gətiririk. Ötən il isə ailəmlə bərabər Kəlbəcərdə məskunlaşmışam, elə arılarımı da burada saxlayıram. Burada məhsuldarlıq çox gözəldir, Kəlbəcər balı digər bölgələrin balından fərqlidir. Bu da əsasən çiçək müxtəlifliyi ilə bağlıdır”, – deyə o bildirib.

Ötən il Ceyhun Əsgərovun təsərrüfatında 40 arı ailəsi olub və ümumilikdə 400 kiloqrama yaxın bal əldə edilib. Məhsulun satışı fərdi qaydada həyata keçirilir, bir kiloqram balın qiyməti isə 30–40 manat arasında dəyişir.

Kəlbəcərli arıçı gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, məqsəd yalnız bal istehsalını artırmaq deyil, həm də Kəlbəcərin zəngin təbiətindən gələn məhsulları daha çox insana çatdırmaq və arıçılıq ənənələrini gələcək nəsillərə ötürməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi  

16:17
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!