08 İyul 2025 16:57
564
İQTİSADİYYAT
A- A+
Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb 

Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb 

Ötən il qlobal neft və qaz bazarları geosiyasi gərginliklər, dəyişən tələblər, ənənəvi və bərpaolunan enerji sektorlarına əhəmiyyətli investisiyaların təsiri ilə nəzərəçarpacaq dalğalanmalarla müşahidə olunub. SOCAR aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində 2024-cü ili müsbət nəticələrlə başa vurub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ötən il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də və STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, SARB, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib.

Uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində SOCAR-ın ümumi aktivlərinin həcmi 31,6 faiz genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6 faizlik artımla 48,7 milyard manata yüksəlib.

SOCAR-ın kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard manat kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub. Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb. Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit öhdəlikləri (milyard manatla) və Borc/EBITDA göstəricisi ilə bağlı məlumat təqdim olunur.

SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.

Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit və uzunmüddətli borc öhdəlikləri ilə bağlı məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!