03 Fevral 2023 09:23
45353
Turizm
A- A+
Ötən il Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları ziyarət edənlərin sayı artıb

Ötən il Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları ziyarət edənlərin sayı artıb

 

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Göstəricilərə əsasən, 2022-ci il ərzində DTA-nın tabeliyindəki qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.

“Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki 8 qoruqdan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyə və "Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür. Adları qeyd olunan qoruq və muzeylərə 2022-ci ildə ümumilikdə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. (Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir). Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib”, - deyə məlumatda qeyd olunur.

2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan sonrakı illərdə qurumun tabeliyinə verilən qoruqlara gələn turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2018-ci ildə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun 25 min ziyarətçisi olubsa, 2019-cu ildə bu rəqəm üç dəfədən çox artaraq 88 minə çatıb. Ötən ilin statistikasına görə Yanardağı 110 mindən çox turist ziyarət edib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 2018-ci ildə 77 mindən çox, 2019-cu ildə 147 minə yaxın, 2022-ci ildə isə 100 minə yaxın ziyarətçisi olub. Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə Yanardağ və Atəşgaha gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər.

Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun biletlə keçid olan obyektlərində 2018-ci ildə 42 min ziyarətçi olsa da, 2019-cu ildə bu rəqəm iki dəfədən də çox artmaqla 107 mini keçib. Ötən il ərzində isə Şəkinin tarixi mərkəzini 141 mindən çox turist ziyarət edib.

2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun müddət bağlı olması səbəbindən ziyarətçi sayı azalaraq 57 min nəfər olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min manat təşkil edib. 2021-ci ildə turizmin bərpası ilə DTA tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və bilet satışından 400 min manata yaxın vəsait daxil olub.

Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11 manat, “Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. Yanardağ və Basqal qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir.

Xatırladaq ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki "Diri Baba” türbəsi daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!