23 Aprel 2026 11:15
162
CƏMİYYƏT
A- A+
Ötən gün 54 cinayətin açılması təmin edilib

Ötən gün 54 cinayətin açılması təmin edilib


Aprelin 22-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 102, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına

12:46
23 Aprel

Qazaxıstan yaxın dörd ildə 5 min kilometrlik dəmir yolu inşa edəcək

11:56
23 Aprel

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb

11:38
23 Aprel

Ötən gün 54 cinayətin açılması təmin edilib

11:15
23 Aprel

Qəsdən adamöldürməyə görə hansı cəzalar var? – Hakimdən açıqlama

11:13
23 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

11:09
23 Aprel

Rusiyanın hücumu nəticəsində Dneprdə iki nəfər həlak olub

11:02
23 Aprel

DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib

10:59
23 Aprel

Həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsil alması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir  

10:47
23 Aprel

Xəzər dənizində zəlzələ olub

10:40
23 Aprel

Beynəlхalq axtarışda olan daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

10:39
23 Aprel

Səhiyyə naziri: Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması əsas prioritetlərindən biridir  

10:33
23 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:29
23 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:23
23 Aprel

Azərbaycan nefti 113 dollara satılıb 

10:19
23 Aprel

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Gəncə avtomobil zavodunda Çin şirkətləri ilə birgə avtomobillər istehsal olunacaq

09:09
23 Aprel

Avrostat: İtaliya və Fransanın dövlət borcu 3 trilyon avronu keçib

08:57
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!