23 Aprel 2026 09:09
147
İQTİSADİYYAT
A- A+
Gəncə avtomobil zavodunda Çin şirkətləri ilə birgə avtomobillər istehsal olunacaq

Gəncə avtomobil zavodunda Çin şirkətləri ilə birgə avtomobillər istehsal olunacaq


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla anıb.

Səfər çərçivəsində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Çinin 2 şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. “CLW Chengli Group” şirkəti ilə imzalanan əməkdaşlıq sazişinə əsasən tərəflər Azərbaycanda ticari və yük avtomobillərinin istehsalına (yığılmasına) başlamaq barədə razılığa gəliblər. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Çin şirkətinin Azərbaycanda elektrik şassilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, həmçinin təmir xidmətləri üçün eksklüziv distributoru təyin edilib. İstehsal olunacaq nəqliyyat vasitələri ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulsa da, gələcəkdə ixracının həyata keçirilməsi də planlaşdırlır.

“Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə imzalanan əməkdaşlıq sazişi də tərəflərin Azərbaycanda ticari avtomobillərin yığımını nəzərdə tutur. Bundan başqa, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi “SAGMOTO”nun elektrik və dizel saşşilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksesuarların satışı, təmir xidmətləri üçün eksklüziv distributoru hüququnu əldə edib.

Sənədləri Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev ilə “CLW Chengli Group” şirkətinin baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun imzalayıb.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlər sayəsində ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə danışıb. Qeyd edib ki, qədim İpək yolunun üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib. Bu isə Azərbaycanın 2-ci böyük şəhərinin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev bildirib ki, zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda 500-ə yaxın işçinin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar, xüsusi nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksidir. O, həmçinin müəssisənin istehsal imkanları və beynəlxalq əlaqələri haqqında məlumat verərək, Çin şirkətləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Görüşlərdə Gəncə şəhərinə və Çin şirkətlərinin fəaliyyətinə dair videolar nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına

12:46
23 Aprel

Qazaxıstan yaxın dörd ildə 5 min kilometrlik dəmir yolu inşa edəcək

11:56
23 Aprel

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb

11:38
23 Aprel

Ötən gün 54 cinayətin açılması təmin edilib

11:15
23 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

11:09
23 Aprel

Rusiyanın hücumu nəticəsində Dneprdə iki nəfər həlak olub

11:02
23 Aprel

DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib

10:59
23 Aprel

Həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsil alması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir  

10:47
23 Aprel

Xəzər dənizində zəlzələ olub

10:40
23 Aprel

Beynəlхalq axtarışda olan daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

10:39
23 Aprel

Səhiyyə naziri: Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması əsas prioritetlərindən biridir  

10:33
23 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:29
23 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:23
23 Aprel

Azərbaycan nefti 113 dollara satılıb 

10:19
23 Aprel

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Gəncə avtomobil zavodunda Çin şirkətləri ilə birgə avtomobillər istehsal olunacaq

09:09
23 Aprel

Avrostat: İtaliya və Fransanın dövlət borcu 3 trilyon avronu keçib

08:57
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!