16 Fevral 2026 11:42
186
CƏMİYYƏT
A- A+
Ötən ay narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 793 cinayət faktı aşkarlanıb  

Ötən ay narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 793 cinayət faktı aşkarlanıb  


Bu ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanıb. Onlardan 162-si narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kiloqram 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kiloqram 086,6 qramını marixuana, 76 kiloqram 396,846 qramını heroin, 23 kiloqram 339 qramını tiryək, 20 kiloqram 032,8 qramını həşiş, 6 kiloqram 043,5 qramını digər narkotik vasitələr və 2 kiloqram 557,9 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kiloqram 456, 646 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilib, onlardan 199-u kişi, 8-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kiloqram 900,246 qram müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kiloqram 341,549 qram narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlər 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kiloqram 240,1 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kiloqram 691,5 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq- mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kiloqram 128,62 qram artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 4 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 4 nəfər azalıb. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalıb.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kiloqram 400,634 qram (82,9 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kiloqram 086,6 qramın (85,6 faiz) marixuana təşkil edib. Onun da 648 kiloqram 809,2 qramı (84,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kiloqram 277,4 qramı (15,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-cı ilin yanvarın 30-u tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kiloqram 620,899 qram, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1 (0,01faiz) nəfəri inyekson narkotik istifadəçisi olub.

2026-cı ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 65 vətəndaş müraciəti daxil olub ki, onların 5-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 6-sı narkotik asılılıqdan müalicə, 54-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 11 məktub ünvanlanıb.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

2026-cı ilin yanvar ayından etibarən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 42 tədbir (20 maarifləndirici və təşkilati tədbir, 10 sosial layihə, 12 maarifləndirici aksiya) təşkil edilib.

Maarifləndirmə işinin daha da gücləndirilməsi və genişləndirilməsi, eləcə də görülən işlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2026-cı ilə dair birgə Tədbirlər Planı imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

Qış Olimpiya Oyunları: Norveç millisi cəzalandırılıb  

12:53
16 Fevral

Haçadağın zirvəsinə yürüş təşkil olunub

12:42
16 Fevral

“Bloomberg”: OPEC neft hasilatı ilə bağlı qərar vermək üçün Vaşinqton-Tehran danışıqlarının nəticələrini gözləyir  

12:40
16 Fevral

Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb  

12:39
16 Fevral

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə yola düşüb  

12:38
16 Fevral

Fransada məscid dördüncü dəfə vandalizmə məruz qalıb  

12:36
16 Fevral

Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək  

12:09
16 Fevral

Ötən ay 900 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

11:56
16 Fevral

Ağ Ev: Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir  

11:55
16 Fevral

Donald Tramp: Sülh Şurası Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

11:54
16 Fevral

Şimali Koreya Rusiya–Ukrayna müharibəsində ölən hərbçilərin ailələri üçün kompleks açıb  

11:53
16 Fevral

Cenevrədə növbəti raund: İran və ABŞ nüvə məsələsini müzakirə edəcək  

11:52
16 Fevral

Ötən ay narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 793 cinayət faktı aşkarlanıb  

11:42
16 Fevral

Astronomlar planetlərin yaranmasının yeni sistemini müşahidə ediblər  

11:40
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:04
16 Fevral

    Rəqəmsal transformasiya ölkəmizin prioritet hədəflərindən biridir  

11:03
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!