04 İyun 2025 08:00
4030
İQTİSADİYYAT
A- A+
Ötən 30 il göstərdi ki...

Ötən 30 il göstərdi ki...


Prezident İlham ƏLİYEV: "Enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir"


Bu gün Bakı Enerji Həftəsi öz işini başa çatdıracaq. Üç gündür paytaxtımız Azərbaycanın enerji sektorunun dünyaya işıq saçdığına bir daha əmin olur. Bu tədbirlə Azərbaycan enerjisinin çox-çox uzaqlara çatan səsi geniş əks-səda verir.

Bakı 30-cu dəfədir Bakı Beynəlxalq Xəzər Neft və Qaz sərgisinə evsahibliyi edir. Həmin sərgiyə ki Bakı Enerji Həftəsinin bünövrəsini yaradıb. Hər il onunla yanaşı, həm də Bakı Enerji Forumu (əvvəl Beynəlxalq Xəzər Neft və Qaz Konfransı adlanırdı) keçirilir. 13-cü dəfədir bu tədbirlərlə paralel olaraq "Caspian Power" sərgisi də baş tutur. Bu, əvvəlki dövründə elektroenergetikanı, son bir neçə ildə isə həm də "yaşıl enerji"ni əhatə edən bir sərgidir. Bakı Enerji Həftəsi bu üç möhtəşəm tədbiri birləşdirir. 

İlk Beynəlxalq Xəzər Neft və Qaz sərgisi 1994-cü ilin mayında keçirildi. Həmin vaxt ölkəmizdəki məlum vəziyyətə görə belə bir sərginin keçirilməsi demək olar ki, mümkünsüz idi. Lakin Ümummilli Lider Heydər Əliyev bunu öz səyi, zəkası və siyasi nüfuzu sayəsində mümkün etdi. Sərgidən bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı. Mübaliğəsiz demək olar ki, həmin möhtəşəm sazişin imzalanmasına neft-qaz sərgisi bir növ yol açdı. Çünki orada bir sıra mühüm məsələlər müzakirə olundu. 

Elə o zaman da sərgi özünə daimi məkan "seçdi". Hər ilin təxminən eyni vaxtında "Caspian Oil and Gas" dünyanın onlarca ölkəsinin aparıcı şirkətlərini, görkəmli mütəxəssislərini bir araya gətirir. Günün sahəyə aid məsələlərinin müzakirə olunması, yeni tanışlıqların yaranması, təcrübə mübadiləsinin aparılması, növbəti əməkdaşlıqların qurulması baxımından bu, çox dəyərli bir tədbirdir. Sərgi çərçivəsində ötən illər ərzində yeni layihələrin işlənməsinə start verən müqavilələr də imzalanıb.

"Caspian Oil and Gas" qlobal layihələrimizlə birgə addımlayıb, layihələr də bu möhtəşəm tədbirlə çiyin-çiyinə verib. Beləcə, bir-birinin uğurlarına şahidlik ediblər. 

Bu gün təkcə neft-qaz sektorunda deyil, bütün sahələrdə ölkəmizin qazandığı nailiyyətlər göz qabağındadır. Prezident İlham Əliyev ötən illərdə olduğu kimi, bu dəfə də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak etdi və öz çıxışında keçilmiş yola nəzər salaraq dedi: "Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı".

Bir uzunömürlü sərgi, əməkdaşlıq platforması, uğurların nümayişi olaraq "Caspian Oil and Gas" 30 ildən çoxdur beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdədir. Təsadüfi deyil ki, hər il ABŞ, Böyük Britaniya, Türkiyə kimi ölkələrin rəhbərlərindən, dünyanın tanınmış siyasətçi və mütəxəssislərindən tədbirin açılışı münasibətilə Prezidentimizə təbrik məktubları ünvanlanır. ABŞ Prezidenti Donald Tramp budəfəki tədbirlə bağlı dövlətimizin başçısına məktubunda yazır: "Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın, həqiqətən də, regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. 30 il ərzində iki millətimiz, iki xalqımız, həqiqətən də, enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir. Həqiqətən də, qlobal enerji ehtiyatlarının növbəti onillərlə qarşılanması baxımından da bu çox önəmlidir ki, hər bir xalqın resursları öz rifahına xidmət etsin".

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş müşaviri Vayat Tolki "Bakı-Ekspo" Mərkəzində rəsmi açılış mərasimində çıxışı zamanı məktubu səsləndirərkən onu Azərbaycanla ABŞ-nin ortaq maraqlarını əks etdirən və enerji təhlükəsizliyinin təmin olunmasında ölkəsinin bizimlə işbirliyinə sadiqliyini təsdiq edən mühüm bir mesaj kimi dəyərləndirdi.

Bəli, ötən illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edib. Xəzərdən İtaliya sahillərinədək uzanan 3500 kilometrlik qaz dəhlizi çəkib. Cəmi bir il əvvəl - keçəndəfəki enerji həftəsi keçirilən zaman Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 8 idi. Bu gün "Cənub qaz dəhlizi" Azərbaycan qazını artıq 12 ölkəyə çatdırır. Bu, əlbəttə, son hədd deyil.

Prezidentimiz belə deyir və onun hər sözü imzası qədər etibarlı, dəyərli və kəsərlidir!

Azərbaycanın "yaşıl enerji" gündəliyi də artıq hamıya bəllidir. İmzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da bərpaolunan enerjinin ümumi enerji istehsalımızda 35 faizindən çox olacağı deməkdir. Həmin potensial sayəsində Azərbaycan elektrik enerjisinə artan təlabatını əsasən bərpaolunan enerji hesabına təmin edəcək. Nəticədə bir neçə milyard kubmetr qaza qənaət ediləcək və bu həcm ixrac oluna biləcək.

"2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir. Ötən il "Bakı Enerji Həftəsi" çərçivəsində toplam 1000 meqavat "yaşıl enerji" həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni biz bu yol ilə irəliləyirik".

Bunu da Prezidentimiz deyib. Deməli, bu cür də olacaq və növbəti enerji həftələrində yeni nailiyyətlərdən bəhs olunacaq, yeni layihələrə imza atılacaq, yeni əməkdaşlıq yolları açılacaq.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!