04 May 2023 10:50
1398
Mədəniyyət
A- A+
Operamızın "Koroğlu" abidəsi

Operamızın "Koroğlu" abidəsi

 

Bizlərdən hər birimiz dünyanı duymağa və özümüzü dərk etməyə başlayandan  xalq qəhrəmanımız Koroğlu barədə nəğmələri, hikmətli sözləri, rəvayətləri və dastanları dönə-dönə eşitmişik, indi də eşidirik. 
Yaradıcılıq yolu xalq mədəniyyəti ilə ayrılmaz tellərlə bağlı olan Üzeyir bəy Hacıbəyli də yazdığı "Koroğlu" operasında xalq həyatını, əməkçi insanların öz azadlığı və səadəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsini geniş və parlaq şəkildə təsvir etmişdir. Bu monumental inqilabi xalq epopeyası aşıq motivləri əsasında yazılmış, Azərbaycan kəndlisinin keçmişdə (XVI-XVII əsrlər) apardığı milli azadlıq mübarizəsinə həsr edilmişdir.
"Koroğlu" operası Üzeyir bəy Hacıbəyli yaradıcılığının ən yüksək zirvəsidir. Ölməz xalq dastanlarından, xalq musiqisindən bəhrələnmiş bu əsər bəstəkarın çoxillik yaradıcılıq axtarışlarının nəticəsidir. Bu opera, sözün əsl mənasında, milli, xalq yaradıcılığının canlı surətdə coşduğu bir əsərdir. Onun musiqisində istedadlı və güclü xalqın hərarətli nəfəsi hiss edilir.
"Koroğlu" operasını yazmazdan əvvəl bəstəkar çətin yaradıcılıq yolu keçmişdir. Bunun üçün o, xalq musiqi incəsənətini, rus və Qərb klassik musiqisini dərindən öyrənmişdir. İlk tamaşası 30 aprel 1937-ci ildə M.F.Axundzadə adına Opera və Balet Teatrında qoyulan bu əsər, Ü.Hacıbəylinin beş illik gərgin əməyinin bəhrəsidir. O, bu operanı yazmaqdan ötrü 20 ilə yaxın müddətdə şifahi xalq dastanı "Koroğlu"nu, onun müxtəlif variantlarını dönə-dönə oxumuş, tədqiqatlar aparmış, məlumatlar toplamışdır. Çünki Üzeyir bəyin "Koroğlu"su onun xalqının ürəyində yaşatdığı "Koroğlu"ya layiq olmalı idi. İ.Hidayətzadənin quruluş verdiyi ilk tamaşaya bəstəkar özü dirijorluq etmişdi, ikinci tamaşada isə bəstəkarın tələbəsi Əşrəf Həsənov dirijor kürsüsü arxasında olmuşdur.
Operanın librettosu H.İsmayılov və M.S.Ordubadi tərəfindən məşhur aşıq nağılları əsasında tərtib edilmişdir. İlk tamaşada Koroğlu rolunu Bülbül, Nigar rolunu G.İskəndərova, Həsən xan rolunu isə M.Bağırov ifa etmişdir. 
Bülbüldən sonra 70 il ərzində Koroğlu rolunun müxtəlif səhnələrdə bir çox ifaçıları olmuşdur: Yaqub Rzayev, Şirzad Hüseynov, A.A.Drozdov (1940-1960-cı illər), İbrahim Cəfərov (1960-cı illər), Adil Məlikov (1960-1970-ci illər), Hüseyn Əliyev (1970-ci illər), Xanlar Haqverdiyev (Türkmənistan səhnəsində), Lütfiyar İmanov, Nemət Sinhəbibi Qaracayev (Özbəkistan səhnəsində) və başqaları. Operanın rəssamı R.Mustafayevin tərtibatı quruluşla üzvi surətdə bağlı idi.
Belə ki, birinci pərdədə kəndlilər özlərinin ağır həyat şəraitini müzakirə edir, Alı kişinin kor olmasından sonra oğlu Rövşən kəndliləri üsyana çağırır. İkinci pərdədə xanın həyətindəki təntənə səhnələri məharətlə verilmişdir. Üçüncü pərdə Çənlibel qalasında baş verir. Burada qonşu kəndlərdən olan kəndlilər də yavaş-yavaş Koroğlunun dəlilərinin yanına gəlirlər və Həmzə bəyin gəlməsilə konflikt başlanır. Dördüncü pərdədə hadisələr sürətlə baş verir, qəhrəmanın və xalqın zülm və ədalətsizlik üçün qisas aldıqları səhnələr göstərilir. Məhəbbət və dostluq, zülm, ədalətsizlik üzərində qələbə çalır.
Uzaq keçmişdə baş vermiş kəndlilər üsyanının əzəmətini musiqidə qüdrətlə təcəssüm etdirən "Koroğlu" operasında nikbinlik ruhu, azadlıq pafosu canlanır. Xor və rəqs səhnələrində xalq kütlələri məğlubedilməz nəhəng qüvvə kimi təsvir edilmişdir. Musiqisi uvertüra ilə başlayan bu operada mübarizəyə çağırış, hünər və qələbə təntənəsi aydın duyulur.
Koroğlu özü aşıqdır və onun dastanı aşıqlar tərəfindən oxunur. Buna görə də operada əsas üslub - aşıq üslubudur. Muğamatdan isə başlıca olaraq xanın və onun saray adamlarının xarakteristikası üçün istifadə edilmişdir.
Üzeyir bəy məhz "Koroğlu" operasında ilk dəfə olaraq simfonik orkestrin tərkibinə milli çalğı alətlərimiz - tar, kamança, zurna, balaban, dəf əlavə edərək, operanın milliliyini daha da nəzərə çarpdırmışdır.
Ü.Hacıbəylinin milli musiqi ənənələri əsasında yaratdığı "Koroğlu" operası Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ olmuşdu. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə epik qəhrəmanlıq səciyyəli bu operanın təntənəli nümayişi keçirilmiş, qeyrilərindən fərqli olaraq tamaşa bir dəfə yox, üç dəfə göstərilmişdir və o dövrün yüksək mükafatı hesab edilən - Stalin mükafatına layiq görülmüşdür.
Tamaşadan sonra Ü.Hacıbəyli dörd saat ərzində İ.V.Stalinlə milli operanın perspektivləri, əsərin ideya-mənəvi amilləri barədə söhbət etmişdir. Stalinin tövsiyəsi ilə Ü.Hacıbəyli əsərin finalında bir qədər dəyişiklik etmiş, onun daha təsirli alınmasına nail olmuşdur. 
Bu müvəffəqiyyətdən sonra demək olar ki, bütün Moskva qəzetləri öz səhifələrində "Koroğlu" operasının möhtəşəm uğurundan söhbət açırdı. "Pravda" qəzeti  "Koroğlu" operasının böyük müvəffəqiyyəti" adlı məqaləsində yazırdı: "…Moskvada keçirilən Azərbaycan dekadası günləri çərçivəsində 14 noyabrda SSRİ-nin Böyük Teatrının səhnəsində Azərbaycan SSR Xalq artisti Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının 3-cü dəfə göstərilən sonuncu tamaşası olmuşdur. Üzeyir bəyin bəstəkarlıq məharəti bu dəfə də böyük alqışlara səbəb olmuşdur. Dirijor Əşrəf Həsənovun rəhbərlik etdiyi simfonik orkestr uvertüranı bitirən kimi zalda əyləşən tamaşaçıların alqış səsləri hər yana yayıldı. Böyük müvəffəqiyyətlə keçən bu opera sürəkli alqışlarla qarşılanmışdır və tamaşaçılarda böyük rüh yüksəkliyi yaratmışdır. M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının sonuncu tamaşasında İ.V.Stalin, V.M.Molotov, K.E.Voroşilov, V.U.Çubar, N.İ.Yejov, M.A.Bağırov da tamaşaçılar arasında olmuşlar…"  
Dekadadan sonra bəstəkar operanın V pərdəsini də əlavə edərək, III variantını işləmiş və əsər 1943-cü ildə Bakıda rus dilində səhnəyə qoyulmuşdur. 
Həmin günlər (3-6 oktyabr) Bakı küçələrində asılmış bir elan hamının diqqətini cəlb edirdi. M.F.Axundzadə adına Opera və Balet Teatrında SSRİ Xalq artisti Üzeyir bəy Hacıbəylinin 5 pərdəli "Koroğlu" operası rus dilində (Z.Q.Zalçmanın tərcüməsində) səhnəyə qoyulurdu. Operanın bədii təribatçısı İ.Hidayətzadə, rəssamı A.F.Filippov, dirijoru isə Niyazi olmuşdur. 
Yarandığı ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan bu əsər əlbəttə ki, bundan sonra da opera səhnəsində şah əsər olaraq qalacaqdır.

Təranə HƏSƏNOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!