Ölkə üzrə 3,1 milyon tondan çox taxıl yığılıb
Azərbaycanda taxıl biçini davam edir. İyulun 30-na olan operativ məlumata görə, sahələrin 99,2 faizində - 341 min 116 hektar ərazidə arpa, 662 min 627 hektarda buğda biçini başa çatıb. Ümumilikdə 1,003 milyon hektardan 3 milyon 161 min 692,4 ton taxıl yığılıb. Orta məhsuldarlıq 31,4 sentner olub.
Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Daşkəsən, Şabran, Füzuli, Naftalan, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zərdabda taxıl biçini yekunlaşıb, Naxçıvan Muxtar Respublikasında, Qobustan, Şamaxı və Şəki rayonlarında isə başa çatmaq üzrədir.
Qobustan ərazisində arpa əkilmiş 9382, buğda əkilmiş 22258 hektarın isə 21948 hektarı biçilib. Arpa üzrə məhsuldarlıq 23,7, buğda üzrə 25,3 sentnerdir. Naxçıvan Muxtar Respublikasında isə arpa əkilmiş 8579 hektarın 8469, buğda əkilmiş 24729 hektarın 23037 hektarında biçin yekunlaşıb. Məhsuldarlıq müvafiq olaraq 29,7 və 31 sentnerə çatıb. Goranboy, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!