Ölkə ərazisində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində genişmaştablı işlər görülür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində "Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində genişmaştablı işlər görülür.
Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran Elektrik Şəbəkəsində əhalini etibarlı və fasiləsiz şəkildə elektrik enerjisilə təmin etmək məqsədilə bir çox işlər görülüb. Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2x16 MVA gücündə "Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidənqurulmuş və gücləndirilmiş, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya tikilib istifadəyə verilmişdir, uzun məsafəli xətlər ləğv olunaraq abonentlər yaxın və etibarlı məsafədən elektrik enerjisi ilə təchiz olunmuşdur. Şabran rayonunun Pirəbədil kəndində yerləşən ümumilikdə 6 kəndi elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq, "Pirəbədil” yarımstansiyasında hazırda əsaslı və yenidənqurma işləri aparılır. Həmçinin rayonun 17 kəndində yenidənqurma işləri aparılaraq kabelləşmə başa çatmış, güc mərkəzləri yaradılmaqla yeni transformatorlar quraşdırılmışdır.
Şimal RETSİ, Xaçmaz Elektrik Şəbəkəsində də geniş miqyaslı işlər görülür. 2020-ci ilin 6 ayı ərzində yenidənqurma işləri ilə əlaqədar Xaçmaz rayonu Müşkür kəndində, Xaçmaz şəhəri 21,25 və 61-ci məhəllələrdə müasir tipli transformator məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb. Bir sözlə adı çəkilən ərazilərin elektrik enerji sistemi tamamilə yenidən qurulub. Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar yenisi ilə əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz Elektrik Şəbəkəsi üzrə 60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.
Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni güc mərkəzləri istifadəyə verir. Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator məntəqəsi quraşdırılaraq istismara verilib. Bunadək Kuncuq kəndinin elektrik enerjisi ilə təchizatı qonşu Qalmıx kəndində yerləşən transformatordan qidalanıb. Kəndlər arasında olan məsafə isə 1800-2000 metrdir. Bu səbəbdən də Kuncuq kəndində elektrik enerjisi çox zəif gücdə olub. Bundan başqa rayonun Qam-Qam kəndi ərazisində şəbəkələrin perspektiv inkişafı istiqamətində görüləcək işlərlə əlaqədar 35/10 kV gücü 4 MVA gücündə olan yeni "Rustov” yarımstansiyasının tikintisinə başlanılıb. Tikintini şərtləndirən amil Rustov ərazisini elektrik enerjisi ilə təchiz edən 10 kV Rustov hava xəttinin uzunluğunun normadan artıq olmasıdır (68 km). Həmin yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov HX hava xətti 3 hissəyə bölünəcək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatı dayanıqlı və keyfiyyətli olacaqdır. Digər tərəfdən Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa ediləcək "Rustov” yarımstansiyasından olacaq. Bununla da Pirvahid hava xəttinin uzunluğu 4,2 km qısaldılacaqdır.
500 dən çox sakinin yaşadığı Qubanın Caqacuq kəndinində də elektrik enerjisi şəbəkəsi tamailə yenilənir. Yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunur, yeni müasir tipli elektrik sayğacları quraşdırılır. Ümumilikdə Şimal RETSİ ərazisində son 6 ay ərzində istehlakçılar 12860 yeni sayğacla təmin olunub.
"Azərişıq” ASC-nin regionlarda gördüyü işlərin əsas məqsədi abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, eyni zamanda tamamilə yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkiləri minumuma endirməkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!