Oksigen terapiyası insultun fəsadlarını aradan qaldırmaqda effektli nəticə verir
İnsult nəticəsində insan beyninə dəyən xəsarətlərin və metabolik pozuntuların aradan qaldırılması, zədələnmiş funksiyaların bərpası oksigen terapiyası ilə mümkündür. İsrail tədqiqatçıları müalicə dövründə hallarında heç bir dəyişiklik müşahidə olunmayan xəstələr üzərində oksigen terapiyası aparıblar. Yeni müalicə proseduru oksigenlə zəngin hava doldurulmuş yüksək təzyiq kameralarında keçirilib. Bu üsulla orqanizmdəki oksigenin miqdarını on dəfəyədək artırmaq mümkün olub.
İki aydan sonra terapiyaya cəlb edilən xəstələrdə neyron aktivliyinin yüksəlməsi qeydə alınıb - xəstələr iflic halından çıxıb, onların hissiyyatları artıb, nitq-danışıq qabiliyyətləri bərpa olub. Hətta pasiyentlər kənar yardım olmadan pilləkənlə qalxa, yazılı mətn oxuya, həmçinin vanna qəbul edə biliblər.
Mütəxəssislər xatırladırlar ki, beyin xəsarətləri müxtəlif dərəcələrə bölünür. Metabolik pozuntulu beyin neyronları diri qalmağa çatacaq qədər enerjiyə malik olurlar. Ancaq bu enerji funksional siqnallar göndərməyə yetmir. Oksigen terapiyası hüceyrələrə enerji axınını gücləndirməklə onların funksional fəaliyyətini bərpa edir.
İnsan beyni normal halda bədəndəki oksigenin 20 faizini işlədir. Bu, neyronların 5-10 faizinin eyni anda fəaliyyət göstərməsinə bəs edir. Ona görə də regenerasiya - bərpa prosesinə daha artıq, bol enerji tələb olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!