O türk bir də gəlsəydi...
Heç yadımdan çıxmaz. Ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illər idi. Qəbələyə Türkiyədən bir müsafir gəlmişdi. Şəhərin mənzərəli yerlərini görəndən sonra təbii gözəlliyinə valeh olduğunu bildirib gözlənilmədən dedi:
- Bunlar Allahın yaratdıqlarıdır. Bəs siz özünüz...
Sözünün ardını gətirməsə də, sualını cavabsız qoymadım:
- Biz təzəcə müstəqil olmuşuq. Sovet dönəmində əlimiz-qolumuz bağlanmışdı. Hətta özünə ev tikdirmək istəyən gərək icazə alaydı, inşaat materialları tapmaq üçün qapılar döyəydi. İndi belə məhdudiyyətlər yoxdur. Qurub-yaratmağa təzə başlamışıq...
O türk bir də gəlsəydi, gəzdiyi bu yerləri yenə ona göstərərdim. Əvvəlcə bir vaxtlar “Turbaza” adlanan ərazidə ucaldılan möhtəşəm Heydər Əliyev Konqres Sarayını, bir-birindən yaraşıqlı, bənzərsiz digər tikintiləri göstərib deyərdim: bax, sən görən ikimərtəbəli yöndəmsiz binalardan əsər-əlamət qalmayıb. O vaxt burada yaşayan kəlbəcərli məcburi köçkünlər üçün bir neçə il əvvəl hər cür şəraiti olan şəhərcik salınaraq hamısı oraya köçürülüb.
Sonra onu təbiətin qoynunda salınmış əyləncə mərkəzində, park-bulvar kompleksində gəzdirər, “Qafqaz Tufandağ Mountain Resort” hotelinin yerləşdiyi ərazidəki komplekslə tanış edərdim. Deyərdim ki, buradakı hoteldə hər çür zövqə uyğun otaqlar, ailəvi və bir kral nömrəsi də var. Burada 100-400 nəfərlik kafelər, şərab evi, “Duruca” yeməkxanası, “Qəbələ” kafesi fəaliyyət göstərir. Uşaqlar da unudulmayıb. Onlar üçün ayrıca yeməkxana, oyun zalı inşa edilib. Qış fəslində istirahət etməyə gələnlər də buradan həmişə xoş təəssüratla ayrılırlar. Onlar buradakı xizək mağazasından xizək alıb, yaxud kirayə götürüb sürürlər. Hazırda Qəbələdə 20-yə yaxın belə hotel fəaliyyət göstərir. Onlardan 5-i beşulduzludur. O hotellər eyni vaxtda 2500-dən çox qonaq qəbul edə bilir.
Qonağa Olimpiya idman kompleksini, futbol stadionlarını, voleybol meydançalarını, buz meydançasını, Beynəlxalq atıcılıq mərkəzini, futbol akademiyasını, “ASAN xidmət” mərkəzini göstərərdim. İdman nailiyyətlərindən söz düşsəydi, “Qəbələ” futbol komandasının uğurlarından söz açardım. Deyərdim ki, bu komanda Avropanın bir çox idman arenasında, o cümlədən Almaniya, Fransa, İtaliya, Yunanıstan stadionlarında maraqlı oyunları ilə öz pərəstişkarlarına sevincli anlar bəxş edib.
Soruşsaydı ki, quruculuq işləri yenə davam edir? Onu dağların bənzərsiz gözəlliyinə açılan başqa bir yerə aparıb hazırda icra olunan turizm və idman infrastrukturları layihələrindən - “Qafqaz Akva Lənd”, “Qafqaz Daymond Akvapark”, “Qəbələ Qolf Villaları” barədə söz açardım. Deyərdim ki, “Qəbələ Qolf Villaları” ərazisində 66 villa, əyləncə mərkəzi, uşaq bağçası olacaq. Hamısı da xüsusi zövqlə tikilir. Bütün bu quruculuq, tərəqqi sayəsində Qəbələ Bakıdan sonra ikinci turizm mərkəzinə çevrilib.
Gedəndə də onu Qəbələ Beynəlxalq Aeroportundan yola salardım...
Rauf MAHMUDOV,
Qəbələ şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!