23 İyul 2015 01:07
386
CƏMİYYƏT
A- A+
O görünən Ağdamdı...

O görünən Ağdamdı...

 

1930-cu ildə inzibati rayon kimi təşkil olunan Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəd idi. İşğal nəticəsində bu bölgələr arasında minillərboyu formalaşmış münasibətlər, əlaqələr də tamamilə qırıldı. Bir sözlə, Ağdamın işğalı xalqımızın Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra ən böyük itkisi idi.

Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 58 rayonunun 875 yaşayış məntəqəsindədir. Hazırda rayonun inzibati mərkəzi Quzanlı kəndində yerləşir. Ağdamın əlimizdə olan - 247 kvadratkilometrlik ərazisində rayonun 60 min sakini yaşamaqdadır. Qalan 100 min nəfər isə respublikanın 50-dən çox rayonunda məskunlaşıb. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, onlarla təsərrüfat və sənaye obyekti, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə binası düşmən əlinə keçib.
1993-cü il iyul ayının 23-də Ermənistan silahlı qüvvələri Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək Ağdam şəhərinə daxil oldu. Gərgin döyüşlərdən sonra Ağdamın böyük bir hissəsi işğal edildi. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Paytaxt Bakıdan 358 kilometr məsafədə bu mədəni-irqi, etnik soyqırımı hələ də davam edir. Mənəvi itkiləri nəzərə almasaq, təkcə bu işğal nəticəsində dövlətimizə milyard manatlarla ziyan dəyib.
Bu savaşlarda 6 minə qədər ağdamlı şəhid, minlərlə insan şikəst oldu. Azərbaycanın cəsarət qalası olan Ağdam 22 ildir düşmən nəzarətindədir.

 

Pozulmayan yaddaş kitabəsi

 

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir oriyentirə çevrilib. Bu mənada “Ağdam” həm də günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanlarının fədakarlığına görə həmişə çox mühüm rol oynayıb.
Respublikanın ən inkişaf etmiş, güclü sənaye və kənd təsərrüfatı, böyük iqtisadi potensiala malik rayonlarından olan Ağdamın işğalaqədərki ərazisi 1094 kvadratkilometr, əhalisi 160 min nəfərdən çox idi. Rayonda 134 kənd, 36 kolxoz və sovxoz, 12 sənaye, 196 mədəni-maarif, 158 səhiyyə obyekti, 103 məktəb var idi. Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, konserv, tikinti materialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi zavodu, Üzeyir bəy Hacıbəyov adına Musiqi Texnikumu və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi.
Ağdamda əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. İqlimi, əsasən, mülayim-isti, quraq-subtropik olan rayonun ərazisindən Qarqar və Xaçın kimi qədim çaylar axır, dağları həmişə qar içində olardı.
Amma o il Qarabağa başqa bir “qar” yağdı. Zaman çox dəyişmişdi, bu dəfə onun soyuğuna dözən az oldu. O “qar” bütün Qarabağı, Ağdamı, onun tariximizin şahidi olan saysız-hesabsız memarlıq abidələrini görünməz etsə də, tarixi dəyişmək, saxtalaşdırmaq mümkün olmadı. Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), digər türbələr və məscidlər (XVIII əsr), Qarabağ xanı Pənahəli xan və onun nəslinin İmarət məzarlığındakı qəbirləri (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edən ən gözəl faktlar, ən sanballı sübutlardır. Onlar şahidlik edirlər ki, Azərbaycan tarixinin bütün dövrlərində Qarabağın, Şuşanın, Ağdamın xüsusi yeri olub. Bu şəhərlərsiz Qarabağın, eləcə də bütöv Azərbaycanın tarixi natamam, mümkünsüz olardı. XVIII əsrdə Qarabağ xanlığının təşəkkül tapmasında, inkişafında, regionda güc sahibinə çevrilməsində də hər iki şəhərin - Şuşanın və Ağdamın əvəzsiz rolu oldu. 1918-1920-ci illərdə erməni-rus təcavüzünə qarşı mübarizədə də hər iki şəhər bir-birinin yanında idi.
1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik qüvvələrindən təmizlədikdən sonra hərbi hissələr dərhal Qarabağa üz tutdu. Həmin vaxt Nuru paşa Ənvər paşaya teleqramla bildirirdi ki, Qarabağ məsələsini üç həftə ərzində başa vurmağa çalışacağıq. Əməliyyata birbaşa rəhbərlik etmək üçün oktyabrın 1-də Nuru paşa özü Ağdama gəlmişdi.
O vaxtlar “Azərbaycan” qəzeti Qafqaz İslam Ordusu hissələrinin Şuşaya daxil olmasını xəbər verərək yazırdı: “Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər, yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər”.
Vaxt dəyişmişdi və ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Bakıdan - ali hakimiyyətdən əli üzülən şəhərləri - Şuşa, Laçın, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər vuruşurdu, döyüşürdü, bir-birinin ardınca işğal olunurdu. Amma onların hamısı Bakıdan daha çox Ağdamdan kömək gözləyirdi. Axı Ağdamı onlara yaxın edən təkcə məsafə yaxınlığı deyildi...
Sonra hələ də araşdırılıb başa çatmayan müxtəlif hadisələr oldu, çoxlu günahsız qanlar axdı və indi də inanılası mümkün olmayan bir faciə yaşandı: 23 iyul 1993-cü ildə Şuşanın, Laçının ardınca Ağdam da işğal olundu. Bu, həm də taleyini bu şəhərə bağlayan yüz minlərlə insanın ümid, güman, pənah yerinin işğalı idi...
Bu işğal nəticəsində on minlərlə insan öz doğma yurd-yuvasından perik düşdü. Bu işğalda 28 min hektar əkin sahəsi, 38 kolxoz və sovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye obyekti, 74 məktəb, 105 səhiyyə ocağı, 271 mədəniyyət müəssisəsi, 67 idarə, 99 klub məhv edildi.
Bu, statistik məlumatlardır. Beş ildən artıq davam edən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq yetim qaldı, 126 min nəfər doğma yurd-yuvasından didərgin düşdü.
Bu, artıq heç bir şərhə və düzəlişə ehtiyacı olmayan həqiqətlərdir. Burada hansısa səhv, yanlışlıq axtarmayın.

Atılan daşların yığılan vaxtı olacaq...

 

İndi yağı düşmənin əlinə fürsət düşüb, işğalda olan ərazilərimizdə qazıntılar aparır, özlərinə aid “tarixi faktlar” toplayır, Pənahəli xanın, Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun, Xanın, Bülbülün... - o dahilərin, müqəddəslərin gözəl şəhərinə indi “Tiqranakert” adı qoyub sevinirlər. Sevinirlər, həm də qorxurlar. Güclənən ordumuzu, ruhlanan gəncliyimizi görüb qorxurlar. Elə qorxduqları üçün də daha çox qorxutmağa çalışırlar. Ölkə başçısı ermənilərin bu vəziyyətini, qeyri-adi durumunu çıxışlarının birində dəqiq ifadə eləyib: “ Onlar, əslində, bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər”.

Bəxtiyar QARACA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!