03 İyun 2026 19:22
359
CƏMİYYƏT
A- A+
Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır


Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev rəqəmsal həllərin genişləndirilməsi, süni intellektdən səmərəli istifadənin ölkəmizin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə görülən işləri qeyd edib. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurlarını, sosial ödənişlərdə, əmək müqavilələrinin sayında ciddi artımları diqqətə çatdırıb.

Nazir deyib ki, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 150 xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çoxu proaktiv şəkildə təqdim olunur. “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır və əmək qanunvericiliyinə əməl olunmasının elektron auditinə də imkan verir. Aktiv əmək müqavilələrinin 97 faizi bu e-sistem üzərində elektron şəkildə bağlanıb.

Anar Əliyev DOST konsepsiyasının üstünlükləri və uğurlarını qeyd edib. O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib. Beynəlxalq standartlara uyğun olaraq ölkəmizin əmək qanunvericiliyində edilən son dəyişiklikləri diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycan 2024-cü ildə COP29, bu il isə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi əlamətdar beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu da ölkəmizin iqlim, urbanizasiya və əməyin gələcəyi ilə bağlı qlobal gündəliyin formalaşmasında fəal rolunu bir daha təsdiqləyir.

Azərbaycan və BƏT arasında iki Layiqli Əmək Ölkə Proqramının uğurla həyata keçirildiyini deyən Anar Əliyev ötən ilin sonunda növbəti, 2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının imzalandığını bildirib. O, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işlərini, doğma yurdlarına köçürülən sakinlərin layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığının təmin edildiyini vurğulayıb.

Sessiya çərçivəsində Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə əmək münasibətləri sahəsində rəqəmsal həllərin geniş tətbiqindən, son illər əmək qanunvericiliyində aparılmış gender islahatlarından bəhs olunub. Təşkilatın yeni sənədlərinin ratifikasiyası işləri qeyd edilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Nərminə ƏSGƏROVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!