28 Mart 2024 22:47
223
DÜNYA
A- A+

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

 

Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr və ya insanlar bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət edir, addımlar atırlar. Onların mühacirətdə hansısa hakimiyyətin olması barədə bəyanatları heç bir həqiqəti əks etdirmir.

AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında söyləyib.

N.Paşinyan deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət bu otaqda iclas keçirir. Hamımız bu mesajı çox aydın şəkildə dərk etməliyik. Lazım gələrsə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsin. Mən açıq şəkildə bildirirəm ki, bizim ölkəmizdə Ermənistan hökumətindən başqa heç bir hakimiyyət yoxdur və ola bilməz”.

Baş nazir qeyd edib ki, əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik problemidir. “Ümid edirəm ki, bu problemin olması bizim hakimiyyətin öz işində səhvə yol verdiyi anlamına gəlməyəcək. Bu mesajları verənlər, bu məsuliyyətlə danışmaq imkanı əldə etdilər və bu fürsətlə nə etdiklərini gördük”, – deyə Paşinyan vurğulayıb.

Qarabağ separatçılarının sabiq rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibəsində deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video