01 Fevral 2025 08:00
1678
CƏMİYYƏT
A- A+
Növbəti hədəf

Növbəti hədəf


Paytaxt və ətraf ərazilərdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi


Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" ölkəmizin sürətli inkişafı ilə bağlı zamanın tələb etdiyi vacib bir sənəddir. Bu proqram Bakının 2020-2040-cı illərə aid baş planına uyğun olaraq, paytaxtımızın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Dövlət proqramının özündə də qeyd edildiyi kimi, o, əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Sənəddə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi əsas təminedici amillər olaraq müəyyən edilib. Nəticədə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması təmin olunmaqla yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyi artacaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsi təşviq ediləcək, iqtisadi rifahın artmasına şərait yaranacaq.

Hələ bir neçə gün əvvəl dövlətimizin başçısı nəqliyyat məsələlərinin müzakirə olunduğu müşavirədə bildirmişdir ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir. Lakin yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar ki, sayı ildən-ilə artır: "Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir".

Dövlət proqramında da qeyd edilir ki, son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1 faiz təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 faiz olub. Həmin dövrdə paytaxtda hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhalinin sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaradıb. Bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir.

İndiyədək görülmüş çoxşaxəli işlər respublikamızın yol infrastrukturunun keyfiyyətini artırmaq, nəqliyyatın daha sürətli və etibarlı olmasını təmin etmək məqsədinə xidmət edir. Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatına əsasən, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci yerdə, dünyada isə 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.

Bakı şəhərində və ətraf ərazilərdə avtobus nəqliyyatı ictimai nəqliyyatda şəhər və kəndlər arasında sərnişindaşıma xidmətlərinin mühüm hissəsini təşkil edir və əhalinin gündəlik səyahət ehtiyaclarını qarşılayır. Avtobus şəbəkəsinin genişləndirilməsi tıxacların azaldılmasına kömək edir və əhalinin nəqliyyata çıxışını yaxşılaşdırır. Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, eyni zamanda ekoloji cəhətdən ətraf mühitə az zərər verən nəqliyyat növlərinin alınması bu sahənin inkişafında əsas prioritetlərdəndir. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrikli avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərəli nəqliyyat infrastrukturunun yaradılmasına imkan verir. Avtobusların optimallaşdırılmış iş rejimi sərnişinlərin rahatlığına və nəqliyyatın etibarlılığına xidmət edir. Nəqliyyat sisteminin təkmilləşdirilməsi Bakı və ətraf ərazilərdəki iqtisadi və sosial inkişafı dəstəkləyir, həyat keyfiyyətini artırır. 

Sərnişindaşıma sahəsi dəmir yolları ilə daşımaların da əsas xidmətlərindən biridir. Hazırda şəhərətrafı, ölkə daxilində və beynəlxalq marşrutlarda təhlükəsiz, rahat və etibarlı sərnişindaşıma təmin edilir. Bu xidmətin inkişafı həm ölkədaxili nəqliyyatın təkmilləşdirilməsi, həm də Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətli bir hissəsi kimi tanıtmaq baxımından vacibdir. Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri də Abşeron dairəvi dəmir yolu xəttidir. 2020-ci ildən tam istifadəyə verilmiş xətt iki hissədən ibarətdir: Bakı sərnişin - Biləcəri - Sumqayıt və Bakı sərnişin - Sabunçu-Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artmışdır. Ölkə daxilində Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin qatarları ilə daşımalar həyata keçirilməkdədir. 

Son 20 ildə Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, həmin dövrdə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-çıxış inşa edilib, əlavə olaraq 5 stansiya tamamilə yenidən qurulub. Metro şəbəkəsinin xətləri 29,9 kilometrdən 40,7 kilometrə qədər uzadılıb, sərnişin axınının təhlükəsizliyini təmin etmək üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulub. Nəticədə sərnişin sayı 168 faiz artıb.

Artan əhali, şəhərdaxili mobilliyə olan tələbin yüksəlməsi və urbanizasiya proseslərinin sürətlənməsi Bakı metrosunun inkişafı üçün görüləcək işlərin əhatəsini genişləndirməkdədir. Yeni stansiyaların tikintisi, xətlərin daha uzaq ərazilərə qədər genişləndirilməsi və müasir texnologiyaların tətbiqi qarşıda duran əsas vəzifələrdir. Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 kilometr metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir.

Bakı şəhərində taksi fəaliyyəti də son illər ərzində mühüm inkişaf yolu keçib. Ənənəvi taksilərlə yanaşı, mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərən taksi sifarişi operatorları şəhər nəqliyyatını daha rahat və səmərəli edib. Bu tətbiqlər sərnişinlərə taksi tapmağı asanlaşdırmaqla nəqliyyat marşrutlarını optimallaşdırıb və xidmətin keyfiyyətini yüksəldib. Taksi parkının yenilənməsi istiqamətində hökumət tərəfindən tədbirlər davam etdirilir.

İki onillik ərzində Bakı şəhərində piyadalaşma təşəbbüslərinə dəstək olaraq 126 yeraltı və yerüstü piyada keçidi də inşa edilib. Bu keçidlər piyadaların təhlükəsizliyinin təmin edilməsi, avtomobil hərəkətinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və şəhər nəqliyyatı sisteminin daha dayanıqlı idarə olunması məqsədini daşıyır. Gələcəkdə də piyadaların şəhər mobilliyində əsas yer tutması üçün əlavə layihələrin icrası nəzərdə tutulmuşdur. Bu baxımdan, paytaxtda "yaşıl" piyada dəhlizinin yaradılmasına başlanıb və şəhər mərkəzlərində avtomobil dayanacaqları ləğv edilərək piyadalaşma prosesi intensivləşib. Hazırda "Koroğlu", "Gənclik" və "28 May" metro stansiyaları ətrafında sakinlərin ictimai nəqliyyatın müxtəlif növləri arasında rahat keçidini təmin edən nəqliyyat mübadilə məntəqələri (hub) təşkil olunaraq, nəqliyyat növləri arasında əlaqəlilik təmin edilib və s. 

Görüləcək tədbirlər də çoxdur və onlar sözügedən proqramda öz geniş əksini tapıb. Məsələn, avtobus marşrut şəbəkələrinin optimallaşdırılması (yeni avtobus xətləri), sərnişin axınının idarə olunması üçün yeni qatarların alınması, yeni dairəvi və radial avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası və avtomobil yollarında əlaqəliliyin təmin edilməsi nəzərdə tutulur. Avtobusların gecikmələrinin qarşısını almaq və onların hərəkət sürətini artırmaq üçün şəhərin əsas küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması, metro və dəmir yolu xətlərinin genişləndirilməsi, sərnişin axınının payı yüksək olan istiqamətlərdə tramvay və sürətli avtobus nəqliyyatının tətbiqi, müasir nəqliyyat mübadilə mərkəzlərinin yaradılması lazımlı hesab edilir. Eləcə də ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq layihələr hazırlanacaq və tətbiq olunacaq və s. Ən vacib məsələlərdən biri də bütün növ nəqliyyatlarda xidmət keyfiyyətinin yüksəldilməsidir ki, məhz bu məsələ də öndə olacaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!