08 Avqust 2023 21:11
590
SİYASƏT
A- A+
Norveçin “Aftenposten” nəşri: Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür

Norveçin “Aftenposten” nəşri: Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür

 

Dünya Azərbaycanın Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratması ilə erməni yalanlarının yeni dalğasına şahid olmağa başladı. Yalana “həqiqət donu” geyindirərək dünyaya sırımağa çalışan ermənilərin həyasızlığına və məkrliyinə dair tarixdə saysız-hesabsız nümunələr var. Lakin təəssüf doğuran hal odur ki, dünya ictimaiyyəti ermənilərin bu manipulyasiyalarına və yalanlarına nəinki inanır, hətta bəzən onun fəal iştirakçısına, alətinə çevrilir. Çox təəssüf ki, bu hala beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycanın Qarabağdakı erməni əhalisinin guya “blokada”da qalması və “humanitar fəlakət” hay-küyünə qulaq verməsində bir daha şahid oluruq. Lakin yalan ayaq tutar, yeriməz deyirlər. Qarabağdakı ermənilərin bu yalanları elə onların özləri tərəfindən biabırçı formada üzə çıxarılır.

AZƏRTAC xəbər verir ki, Norveçin nüfuzlu “Aftenposten” nəşrində dərc olunan “Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür” sərlövhəli məqalədə Qarabağdakı ermənilərin guya “humanitar fəlakət”lə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib.

Məqalənin müəllifi, Norveçdə fəaliyyət göstərən “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun qələmə aldığı yazıda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokadada qalmaları barədə əsassız iddiaları müəllifin topladığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə alt-üst edilib. Yazıda vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elektrik enerjisi ilə təmin olunmadan dünyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürülür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan Qarabağa malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındakı açıq yoldan istifadə olunmasını təklif edir. Lakin bu təklifi qəbul etməyən ermənilərin “humanitar böhran” və “blokada” iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistan KİV-lərinin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanmağa və erməni yalanlarını daha da şişirtməyə çalışdıqları bildirilib.

Ş.Nəcəfpurun Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların “blokada” şəraitində yaşamaları, “humanitar fəlakət” ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir. “Xankəndi mənim sosial mediadakı axtarışlarıma əsaslansaq, arzulanan yer kimi görünür. Ümid edirəm ki, norveçli jurnalistlər araşdırma aparmaq üçün təşəbbüs göstərəcəklər”, - deyə Ş.Nəcəfpur məqalədə vurğulayıb.

BP Azərbaycan şirkətinin Hökumətlə işlər üzrə baş müşaviri, Qarabağ müharibəsi veteranı Qivami Rəhimli həmin məqalə ilə bağlı şərhində ermənilərin yalan danışmaq “istedadı” barədə qeyd edib: “Ermənilərin tarixi faktları saxtalaşdırmaq, qərəzli iddiaları, xüsusən də guya onların əzablara məruz qalması barədə yalanları şişirtmək ənənəsi bu gün də davam edir. Ermənisayağı saxta xəbərlər media orqanlarına yol tapmaqla beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. Necə ki, Ermənistanın Spitak rayonunda baş verən zəlzələ zamanı, “Azadlıq Radio”sunun qeyd etdiyi kimi, “...ermənilərin zəlzələdən xilasetmə işləri barədə xəbərləri həqiqət sayıla biləcək qədər çox yaxşı idi”. Ermənilərin uydurma xəbərləri bu gün də həmin köhnə qaydada yayılmaqda davam edir. Amma köhnə bir məsəldə deyildiyi kimi: “Şahid həqiqəti deyəndə insanların həyatını xilas edir; yalan danışanda insanlara xəyanət edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında

01:02
25 Sentyabr

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

01:00
25 Sentyabr

Maka Boçorişvili: Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir

21:06
24 Sentyabr

Azərbaycanın Afrika ölkələri ilə tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub

20:57
24 Sentyabr

Nazirlər Kabinetində geniş iclas keçirilib

20:28
24 Sentyabr

Si Cinpin: Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməməlidir

20:12
24 Sentyabr

Ceyhun Bayramov İƏT-in 2027-ci il sammitinə hazırlıqdan danışıb

20:00
24 Sentyabr

Bakıda “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirilib

19:48
24 Sentyabr

Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib

19:17
24 Sentyabr

Azərbaycan və Albaniya XİN rəhbərləri ikitərəfli gündəliyi müzakirə ediblər

19:12
24 Sentyabr

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələrə dair Protokol imzalanıb

19:06
24 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib

19:03
24 Sentyabr

Azərbaycanın ixracında Avropa İttifaqı ölkələrinin payı 53 faizi keçib – QRAFİK

18:50
24 Sentyabr

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!