Nizami adına Ədəbiyyat İnstitutu növbəti beynəlxalq müqaviləyə imza atıb
Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Rusiya Təhsil Akademiyası Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Beynəlxalq Energetika Akademiyasının akademiki, Humanitar Elmlər Akademiyasının müxbir üzvü, həmvətənimiz Heydər İmanov ilə görüş keçirilib.
Görüşdə Nizami adına Ədəbiyyat İnstitutu ilə Sankt-Peterburq Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.
İnstitutdan AzərTAc-a bildiriblər ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qonağa son bir ildə akademiya sistemində aparılan uğurlu islahatlar barədə məlumat verib. İslahatların humanitar elmlər mühitini də əhatə etdiyini bildirən akademik bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini prioritet istiqamət kimi nəzərdə tutan bir sıra yeni qurumların da yaradıldığını diqqətə çatdırıb.
Bildirilib ki, indi akademiya sistemində yeni yaradılan Dünya Siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutlarının formalaşması prosesi gedir. Bu elm müəssisələri yeni elmi istiqamətlərdə geniş tədqiqat-araşdırma işlərinin aparılmasına meydan açacaqdır. Direktor Ədəbiyyat İnstitutunda da aparılan islahatlardan ətraflı söhbət açıb.
İsa Həbibbəyli yanvar ayında elmi-tədqiqat müəssisəsinin 80 illik yubileyinin təntənəli şəraitdə keçirildiyini, institutda yeni elmi nəşrlərin fəaliyyətə başladığını, burada akademiya sistemində ilk olaraq elektron akt zalının yaradıldığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti Rusiyada, o cümlədən Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrin daha da genişləndirilməsinin, bu fəaliyyət istiqamətində universitet qurumlarının birgə əməkdaşlığının önəmliliyini bildirərək birgə konfransların, onlayn müzakirələrin, kitab, məqalə mübadiləsinin böyük əhəmiyyətini vurğulayıb.
Ədəbiyyat İnstitutunda yaradılan şəraitlə, akademiyanın dairəvi zalı və institutun elektron akt zalı ilə tanış olan Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanov akademiya rəhbərliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi elmi müəssisənin yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verərək burada aparılan tədqiqat işlərinin mahiyyətini nəzərə danışıb. Elmi mühitdə əməkdaşlıq əlaqələrinin yaradılmasında hər iki ölkənin maraqlı olduğunu vurğulayan qonaq Azərbaycan və rus alimlərinin qarşılıqlı elmi əməkdaşlıq fəaliyyətini yüksək dəyərləndirib.
Professor Heydər İmanov hər iki ölkənin elmi qurumları arasında yaranan əlaqələr çərçivəsində birgə tədbirlər, informasiya texnologiyalarından qarşılıqlı səmərəli istifadə, arxiv materiallarından maksimum yararlanma və s. barədə nəzərdə tutduqları layihələrdən ətraflı danışıb.
Qeyd edilib ki, Azərbaycan və Rusiyanın elmi qurumları arasında yaranan əməkdaşlıq hər iki ölkə alimlərinin uğurlu tədqiqat işlərini daha da genişləndirməyə münbit şərait yaradacaq.
Sonra Nizami adına Ədəbiyyat institutu ilə Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.
Sonda hər iki elmi-tədqiqat müəssisəsinin rəhbərləri qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!