“Nəsimi ili, Nəsimi dili” festivalında sumqayıtlılar da iştirak edəcək
Prezident İlham Əliyevin mütəfəkkir şair, məslək və əqidə sahibi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi sərəncamı ölkəmizdə bu istiqamətdə silsilə tədbirlərin keçirilməsinə geniş şərait yaradıb. Bakı Uşaq Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqında şairin 650 illiyinə həsr olunmuş "Nəsimi ili, Nəsimi dili” adlı festivalın təşkili qərarlaşdırılıb.
Festivalda Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ə.Qiyasın "Şah və Sultan” kompozisiyası ilə iştirak edir. Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və gənc aktyor Şəmistan Süleymanlı ilə xalq artisti Firudin Məhərrəmovun hazırladığı tamaşa-kompozisiya taxt-tac sahibi ilə şairin mükaliməsinə həsr olunub. Tamaşada sultan gizlincə hürufiliyi öyrənir, Nəsimin şeirlərini və fəlsəfi düşüncələrini mənimsəyir. O, Nəsiminin Allahı dandığını deyil, ona daha böyük sevginin fəlsəfəsi ilə yanaşdığını dərk edir. Taxt-tac sahibi şairi xilas etmək istəyir. Amma mükalimədə məlum olur ki, bu məşəqqətli yol sadəcə oxumağı, öyrənməyi deyil, ruhi bağlılığı tələb edir. Kamil insan fəlsəfəsində mənsəb, maddiyyat bolluğu əsas deyil. Gərək mənən də, cismən də odun içindən keçəsən, inam və iman sayəsində əngəlləri adlaya biləsən.
Sonda taxt-tac sözün qüdrəti qarşısında aciz qalır. Mədəniyyət ekspertləri kompozisiyanın "Nəsimi ili”nə layiqli töhfə olduğunu bildirirlər.
Akif ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib...
27 Aprel
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!