24 Aprel 2026 11:16
176
CƏMİYYƏT
A- A+
“Sələmçilik” riskləri artırır: Ali Məhkəmə vətəndaşlara xəbərdarlıq edir  

“Sələmçilik” riskləri artırır: Ali Məhkəmə vətəndaşlara xəbərdarlıq edir  


Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır.

Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir.

Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

• borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;

• müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək;

• ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;

• bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək.

Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada zorakılığa yol verən polislər saxlanılıblar

12:38
24 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:35
24 Aprel

“Reuters”: Pentaqon İspaniyanın NATO-da üzvlüyünün dayandırılmasına eyham vurur

12:33
24 Aprel

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək SƏRƏNCAM

12:29
24 Aprel

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib  

11:58
24 Aprel

Hicran Hüseynova: Azərbaycanda süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

11:48
24 Aprel

Pentaqonda müzakirə: İspaniyanın NATO üzvlüyü dayandırıla bilər

11:42
24 Aprel

Ötən gün narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib

11:41
24 Aprel

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

11:40
24 Aprel

Qızılın qiyməti həftə ərzində 3 faizdən çox ucuzlaşıb  

11:38
24 Aprel

“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib

11:36
24 Aprel

Kamran İmanov: İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır  

11:25
24 Aprel

“Sələmçilik” riskləri artırır: Ali Məhkəmə vətəndaşlara xəbərdarlıq edir  

11:16
24 Aprel

USQ Baş Qərargahı: Rusiyanın hücumu Kupyansk rayonunda logistika təchizatını çətinləşdirib

11:12
24 Aprel

“İnnovasiya Potensialına Baxış 2026”: Ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır  

11:06
24 Aprel

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:58
24 Aprel

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

“Brent” neftinin qiyməti həftə ərzində 18 faiz bahalaşıb

10:49
24 Aprel

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

10:46
24 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

10:31
24 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:27
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!