02 Sentyabr 2024 08:20
492
CƏMİYYƏT
A- A+
Naxçıvanda  seçici mütəşəkkilliyi yenə də yüksək oldu

Naxçıvanda  seçici mütəşəkkilliyi yenə də yüksək oldu

 

Muxtar Respublikada parlamentdən əlavə, Ali Məclisə də seçkilər  keçirildi

 

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verib.
Səlahiyyətli nümayəndə həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.
Müşahidəçilər məntəqədə səsvermə prosesini izləyiblər.
Səlahiyyətli nümayəndə komissiyanın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-i ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 
"Şərq qapısı" qəzetindən redaksiyamıza daxil olan materialları təqdim edirik

 

Şəhid anası: "Bütöv Azərbaycanın vətəndaşı olmaq qürurvericidir"

 

Səhər saatlarından başlayaraq 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə Culfa şəhər 32 saylı seçki məntəqəsində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş şəhid Kənan Quliyevin anası İlhamə Quliyeva ilə həmsöhbət olduq. Bildirdi ki, bu ilin fevralında prezident seçkilərində də iştirak edib. Bu gün isə parlament seçkilərində öz hüququndan istifadə edir. 
Sevinir ki, namizədlər arasında torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin ailə üzvlərinin də adı var.  Seçki ədalətli və mütəşəkkil keçir. Azad və bütöv Azərbaycan vətəndaşı olmaq qürurvericidir. Gözəl Vətənimizin gələcəyi naminə səs veririk. Bütöv Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - öz yurdlarında illər sonra səsvermə hüququndan istifadə edənlər Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxuyurlar.

 

100 yaşlı seçici: "Ulu Öndərin siyasətinin layiqli davamçılarını millət vəkili kimi görmək istəyirəm"

 

Seçki məntəqələrində səsvermədə iştirak etməkdə çətinlik çəkən və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət edən şəxslərin səs vermələri üçün daşınan qutular təşkil edilib. Belə ki, Şərur rayonunun ən yaşlı sakinləri məntəqəyə gəlməkdə çətinlik çəkdiyindən onlar üçün yaradılan bu şəraitdən istifadə edərək komissiya üzvlərinin iştirakı ilə səs veriblər. 
Biz də rayonun ən yaşlı sakinlərindən olan, İbadulla kəndində yaşayan Dilbər Məmmədovanın fikirlərini öyrəndik: "Bu seçkidə mən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamçılarını millət vəkili kimi görmək istəyirəm. Elə buna görə də ən layiqli namizədə səs verdim. Arzu edirəm ki, seçilən namizədlər ölkə başçısına, onun yürütdüyü siyasətə layiq olsunlar, qalib gələcək deputatlar işlərini xalqın etimadını doğruldacaq səviyyədə qursunlar. Ölkə rəhbərliyinə, xalqa və onun verdiyi səsə sadiq olsunlar. Xalqın səsiylə seçilən deputatlar xalqı eşidəcəklər, onların problemləri ilə maraqlanacaqlar. Mən el-obamı təmsil edəcək deputatın daim yerli əhali ilə sıx təmasda olmasını istəyirəm. Çünki xalqın etimad göstərib seçdiyi deputat öz diqqətini, bacarığını əhalinin problemlərinin həlli yollarının tapılmasına yönətməli, bu problemlərin müvafiq qurumlar qarşısında qaldırılmasına dəstək olmalıdır".

 

Şəhid atası: "Bütöv Azərbaycanı xalqımıza bəxş edən oğulların ruhu şaddır"

 

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin 56 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edənlər arasında II Qarabağ müharibəsinin qəhrəmanlarından olan  Xok kənd sakini şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov da var. 
Onunla  söhbət zamanı dedi ki, Vətənini bütövləşdirən oğulların sayəsində bu gün Şuşada, Laçında öz yurd-yuvalarında əmin-amanlıq içərisində yaşayan sakinlər də seçki qutusu yanına gedib öz səsvermə hüququndan istifadə edirlər. Qəhrəman oğullarımızın ruhu şaddır.

 

Naxçıvanda da brayl əlifbası ilə səsvermə imkanı yaradılıb

 

Milli Məclisə növbədənkənar seçkilərin 4 saylı seçki dairəsinin 16 saylı məntəqəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin 27 saylı seçki dairəsinin 1 saylı məntəqəsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzinin binasında yerləşir. 
Bu məntəqələrin seçiciləri arasında görmə imkanı məhdud vətəndaş Elməddin Kərimov da var idi. Görmə qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşlarımızın seçkilərdə səsvermə prosesində iştirak etməsi məqsədilə brayl əlifbası ilə seçki bülletenləri çap edilərək bütün seçki məntəqələrinə təqdim olunub. Bu məntəqələrdə seçici sayı, ümumilikdə 1479 nəfərdir. 
Elməddin Kərimov təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, o da vətəndaş kimi seçki hüququndan istifadə edir.  Səsvermə zamanı gözdən əlillər üçün bu cür şəraitin yaradılması dünya standartlarına tam uyğundur. 
E.Kərimov əlavə etdi ki, onlar üçün bu şəraitin yaradılmasına sevinir. Tam rahatlıqla seçkidə iştirak edib və seçdiyi namizədə səs verib.

 

Vətən müharibəsi veteranı: "İnanıram ki, parlament seçkiləri xalqımız, dövlətimiz üçün uğurlu olacaq"

    
Naxçıvan Muxtar Respublikasında Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə seçkilər keçirildi. Naxçıvan şəhəri üzrə bir neçə məntəqədə olduq, seçki prosesini izlədik. Əliabad qəsəbə 17 nömrəli tam orta məktəbdə yerləşən, 1191 seçicinin qeydə alındığı Milli Məclis üzrə 4-42 və Ali Məclis üzrə 33-6 saylı məntəqələrin qarşısında seçicilərin fəallığı, onların yüksək əhvali-ruhiyyə ilə seçkiyə qatılmaları diqqətimizi çəkdi. Hər kəs seçici siyahısından adını rahatlıqla tapır, sonra azad şəkildə səsvermə hüququndan istifadə edirdi.
Seçici, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Hüseyn Həsənovun fikirlərini öyrəndik: "2020-ci ildə ölkəmizin apardığı haqq müharibəsində Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm. Oktyabrın 20-də Qubadlı istiqamətində yaralanmışam. Dövlətimizin diqqət və qayğısını daim hiss edirəm. Cəmiyyətimizin bütün üzvləri biz qazilərə hörmətlə, ehtiramla yanaşırlar. Artıq ikinci dəfədir ki, qalib ordunun ehtiyatda olan zabiti, eyni zamanda da ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş ölkənin vətəndaşı kimi seçki prosesində iştirak edirəm. Qalib zabit kimi bu dəfə də Vətənimin aydın sabahı naminə səs verdiyim üçün ikiqat sevincli və qürurluyam. İnanıram ki, parlament seçkiləri xalqımız, dövlətimiz üçün uğurlu olacaq".

 

Gənclər gələcəyə səs verirlər

 

1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu ərazisində yerləşən 42 saylı seçki məntəqəsində səsvermə hüququndan  ilk dəfə istifadə edən gənclərdən biri - İnci Rzazadə ilə  həmsöhbət olduq. O bildirdi ki, gənclər, öz növbəsində, ölkəmizin demokratik və sürətli inkişafı üçün səsvermə hüququndan  istifadə edirlər. O da həmin gənclərdən biri olmağının sevincini yaşayır. Layiqli namizədə səs verdiyini qeyd edir.
***
İlk dəfə səs verən Sədərək rayon sakini Elnur Qasımlı bizimlə təəssüratlarını bölüşdü: - Bu gün xalqımız üçün əlamətdar günlərdən biridir.  Vətəndaşlar öz layiqli namizədlərini deputat seçirlər. Özüm, eləcə də ailə üzvlərim seçkidə fəal iştirak edərək 1 saylı Şərur-Sədərək seçki dairəsinin 37 saylı  seçki məntəqəsində səs verdik. İlk dəfə səs verdiyim üçün çox həyəcanlıyam. Bu gün seçkidə yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz layiqli namizədinə səs verir. Biz də ölkəmizin, muxtar respublikamızın gələcək inkişafına səs verdik.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!