08 Dekabr 2021 21:28
2616
SİYASƏT
A- A+
Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisi üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisi üçün müasir iş şəraiti yaradılıb

 

Muxtar respublikada vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır. Həyata keçirilən islahatlar ədliyyə sistemi və onun maddi-texniki bazasının gücləndirilməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək deyib ki, muxtar respublikanın ədliyyə orqanlarında innovativ yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilir, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların fəaliyyəti təkmilləşdirilir. Qeydiyyat şöbələrinin “Vətəndaşlıq Vəziyyəti Aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulması, həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin fərdi identifikasiya nömrəsi ilə təmin edilməsi bu sahədə atılan uğurlu addımlardandır. Vətəndaşlara göstərilən xidmətlərin tələbatı və əhəmiyyəti nəzərə alınaraq qeydiyyat şöbələri ilə yanaşı, notariat fəaliyyətinin də daha səmərəli təşkili üçün yeni imkanlar yaradılır, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilir. Muxtar respublikada notariat orqanları “Elektron notariat” informasiya sisteminə qoşulmaqla vətəndaşlara daha çevik və keyfiyyətli xidmətlərin göstərilməsini həyata keçirirlər. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin inzibati binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Daşqın Rəhimov muxtar respublikada ədliyyə orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri İsayə Gülməmmədova deyib ki, muxtar respublikada əhali rifahının yaxşılaşdırılması istiqamətində işlər uğurla həyata keçirilir. Bu gün hər cür şəraitlə təmin olunmuş binanın istifadəyə verilməsi də buna nümunədir. Çalışacağıq ki, bundan sonra da göstərilən etimadı doğruldaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Ölkəmizdə qeydiyyat şöbələrinin fəaliyyəti Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydasına əsasən tənzimlənir. Nikahın, nikahın pozulmasının, doğumun, övladlığa götürmənin və ölümün qeydə alınması, ad, ata adı və soyadın dəyişdirilməsinin qeydə alınması, eyni zamanda, verilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının təkrar verilməsi qeydiyyat şöbələrinin əsas vəzifələridir. Muxtar respublikada 8 Qeydiyyat Şöbəsi, 1 Nikah evi, 11 Notariat Ofisi fəaliyyət göstərir. Bunlar vətəndaşlarla sıx işləyən qurumlardır. Ona görə də fəaliyyət üçün lazımi şərait yaradılmalı idi. Vaxtilə Naxçıvan şəhərində 1 Qeydiyyat Şöbəsi vardı. Naxçıvan şəhərinin inzibati ərazisində aparılmış dəyişikliklərə uyğun olaraq, eləcə də əhali artımı nəzərə alınaraq ikinci Qeydiyyat Şöbəsinin yaradılmasına ehtiyac yaranmışdı. Yaradılan ikinci qeydiyyat şöbəsi bu gündən müasir tələblərə cavab verən binada fəaliyyətini davam etdirəcəkdir.

Ali Məclisin Sədri deyib: Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydə alınması işi vacib məsələdir. Ona görə də bu sahədə arxiv işinə ciddi diqqət yetirilməlidir. Qeydiyyat şöbələrinin vəzifələrinə uyğun olaraq həm kağız, həm də elektron qaydada arxivlər yaradılmalı, muxtar respublikanın vahid qeydiyyat sisteminə qoşulmalıdır. Bununla yanaşı, verilən hər bir sənədin qeydiyyatı aparılmalı, nizam-intizama əməl olunmalıdır. Yaradılan şərait işçilərin iş şəraitini yaxşılaşdırmaqla bərabər, müraciət edənlərin də lazımi şəraitdə qəbul olunmasına imkan verəcək. Vətəndaşların müraciətləri dəqiq araşdırılmalı, mübahisəli məsələlər qanun əsasında izah olunmalı, əsassız mübahisə və şikayətlərə şərait yaradılmamalıdır.

Qeyd olunub ki, binada nikahların təntənəli və yaddaqalan keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bu da dövlətimizin gənclərə göstərdiyi növbəti qayğıdır. Ədliyyə Nazirliyi bu sahədə işləri davam etdirməli, muxtar respublikanın rayonlarında da Nikah evlərinin yaradılması barədə təkliflər verməlidir.

Ali Məclisin Sədri kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan binada 8 inzibati və 7 yardımçı otaq, eləcə də nikah qeydiyyatı zalı və mətbəx yerləşir. Bina notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması üçün bütün lazımi avadanlıqlarla təmin olunub. Dəhlizdə yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün köşk qoyulub.

Yeni nəsil şəxsiyyət vəsiqəsinin oxunması əyani şəkildə göstərilib.

Zirzəmidə qazanxana, anbar, 2 arxiv və texniki otaqlar vardır. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, dayanacaq yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

Qaradağda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:32
07 Aprel

Səyyar ASAN xidmət Qusarda

11:27
07 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb 

11:21
07 Aprel

Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər  

11:13
07 Aprel

“Azəralüminium”un ixrac gəlirləri 19 faizədək artıb

11:02
07 Aprel

Balakənli arıçılar xaricdən gətirilən arı ailələri ilə bağlı xəbərdarlıq edirlər  

10:59
07 Aprel

Ali Məhkəmə Plenumunun növbəti iclası olub

10:52
07 Aprel

Xəzər dənizində zəlzələ olub

10:49
07 Aprel

TÜRKPA komissiyasının sədri: Türk dövlətləri arasında qarşılıqlı ticarətin həcmi 57 milyard ABŞ dollarıdır  

10:47
07 Aprel

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

10:40
07 Aprel

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

10:39
07 Aprel

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

10:33
07 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:26
07 Aprel

Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam ölkə Prezidenti seçilib

10:14
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!