17 Avqust 2026 13:40
72
CƏMİYYƏT
A- A+
Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti  

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti  


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 11-də açılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Mərkəzdə hazırda əhaliyə 164 sosial xidmət göstərilir. Burada 117 əməkdaş və 50 könüllü çalışır. Gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur.

Naxçıvan sakinləri sosial təminat, məşğulluq və əlilliklə bağlı müraciətlərini daha operativ, rahat və şəffaf şəkildə həyata keçirirlər. Müasir texnoloji infrastruktura malik olan müəssisədə vətəndaş məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün həm peşəkar kadr heyətindən, həm də gənclərin potensialından səmərəli istifadə olunur. Bu addım regionda sosial xidmətlərin əlçatanlığını artırmaqla yanaşı, əhalinin rifahının yüksəldilməsinə və sosial müdafiə sisteminin müasirləşdirilməsinə mühüm töhfə verir.


“Bir pəncərə” prinsipi xidmətlərin əlçatanlığını artırır


Mərkəzin direktor müavini, direktor vəzifəsini icra edən Şamil Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Naxçıvan Regional DOST Mərkəzində DOST konsepsiyasının əsas prinsiplərindən olan “bir pəncərə” sistemi tətbiq edilir. Mərkəzin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri xidmətlərdən yararlanmaq üçün vətəndaşların yaşayış və ya qeydiyyat yerinə görə məhdudlaşdırılmamasıdır. Bu isə Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayonlarında qeydiyyatda olan vətəndaşların da mərkəzin xidmətlərindən yararlanmasına imkan verir.

Şamil Əliyevin sözlərinə görə, fəaliyyətin ilk günlərində ən çox müraciətlər pensiya, sosial müavinətlər və əmək məşğulluğu istiqamətləri üzrə qeydə alınıb. Xüsusilə əmək məşğulluğu sahəsinə maraq yüksəkdir. İlk günlərdə pensiya və əmək məşğulluğu istiqamətləri üzrə ümumilikdə 200-dən çox müraciət daxil olub.

Bu göstəricilər yeni mərkəzin fəaliyyətə başladığı ilk gündən vətəndaşların sosial xidmətlərə çıxışının asanlaşdırılmasında mühüm rol oynadığını göstərir.


Diqqətli və nəzakətli münasibət əsas xidmət prinsipidir


Mərkəzin övladlığa götürmə, əlillik və sosial xidmətlər üzrə sosial agenti Həsən Hüseynovun sözlərinə görə, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli münasibət əsas prinsiplərdən biridir. “Vətəndaş müraciətlərini diqqətlə və operativ şəkildə dinləyir, onların suallarını cavablandırır və qanunvericiliyin tələbləri çərçivəsində müraciətlərin həllinə çalışırıq. Əsas məqsədimiz vətəndaş məmnuniyyətini təmin etməkdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, mərkəzdə bütün müraciətlər ayrı-seçkiliyə yol verilmədən qəbul edilir, mümkün qədər operativ şəkildə araşdırılır və aidiyyəti üzrə həllinə çalışılır. Hər bir vətəndaşa fərdi yanaşılır, onun hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetirilir.

Həsən Hüseynov qeyd edib ki, müraciəti ilə bağlı çətinlik yaşayan və ya narazı olan vətəndaşlarla ünsiyyət zamanı səbirli və anlayışlı davranmaq da xidmət prosesinin mühüm hissəsidir. Belə müraciətlər diqqətlə araşdırılır, zəruri hallarda aidiyyəti üzrə yönləndirilir və qanunvericiliyin tələblərinə uyğun həll olunmasına çalışılır.


Vətəndaş: “Göstərilən xidmətdən razı qaldım”


Mərkəzə müraciət edən Turanə İbrahimova isə burada qarşılaşdığı münasibətdən razı qaldığını bildirib. “Bu gün mərkəzdə iş üçün müraciət etdim. Müraciətim əməkdaşlar tərəfindən çox diqqətli, gülərüz və səmimi şəkildə qarşılandı. Mənə müraciətimlə bağlı ən qısa zamanda geridönüş ediləcəyi bildirildi”, – deyə o qeyd edib.

Turanə İbrahimova göstərilən xidmətdən razı qaldığını, əməkdaşların peşəkar və nəzakətli münasibətinin, eləcə də xidmət prosesində müasir və innovativ texnologiyalardan istifadənin onda müsbət təəssürat yaratdığını vurğulayıb. “Ümid edirəm ki, müraciətimlə bağlı ən qısa zamanda mənə müsbət geridönüş ediləcək. DOST Agentliyinə və əməkdaşlarına göstərdikləri diqqət və yüksək xidmət səviyyəsinə görə təşəkkür edirəm”, – deyə vətəndaş bildirib.

Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması muxtar respublikada sosial xidmətlərin vahid mərkəzdə, müasir standartlar əsasında və daha əlçatan formada təqdim edilməsinə imkan yaradır. İlk günlərdə qeydə alınan müraciətlərin sayı və vətəndaşların xidmətlərdən məmnunluğu isə mərkəzin qarşıya qoyulan əsas məqsədə – sosial xidmətlərdə əlçatanlığın, operativliyin və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət etdiyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb  

13:56
17 Avqust

Növbəti köç Güneyxırman və Quzeyxırman kəndlərinə çatıb  

13:54
17 Avqust

Almaniyadan könüllü geri qayıdanların sayı artıb  

13:43
17 Avqust

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti  

13:40
17 Avqust

Sabah hava əsasən yağmursuz keçəcək

13:01
17 Avqust

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

12:33
17 Avqust

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!