17 Avqust 2026 13:56
43
DÜNYA
A- A+
Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb  

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb  


Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri kimi özünü təqdim edən şəxslə mesaj mübadiləsi aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ilk olaraq “Politico” məlumat yayıb. Hökumət rəsmiləri bildiriblər ki, E.Börnhem Donald Trampın aparat rəhbəri Syuzi Uayls olduğunu iddia edən şəxslə bir neçə mesaj mübadiləsi aparıb. Baş nazir sonradan əlaqənin saxta ola biləcəyindən şübhələnib. Mənbələrin sözlərinə görə, tərəflər arasında telefon danışığı olmayıb və ünsiyyət yalnız yazılı mesajlarla məhdudlaşıb. Əhəmiyyətli məzmun daşıyan heç bir mesaj göndərilməyib. Şübhə yarandıqdan dərhal sonra məsələ müvafiq qurumlara bildirilib.

Dauninq Strit hadisə ilə bağlı ətraflı şərh verməkdən imtina edib. Hökumət sözçüsü milli təhlükəsizlik məsələlərini şərh etmədiklərini açıqlayıb.

Qeyd edək ki, BBC daha əvvəl Syuzi Uaylsın şəxsi telefonunun ötən ilin mayında sındırılması ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunun (FBI) araşdırma apardığını xəbər vermişdi. Həmin vaxt Uayls bildirmişdi ki, onun telefonundakı əlaqə məlumatlarından istifadə edən şəxs və ya şəxslər özlərini onun adından təqdim edərək ABŞ-ın yüksək vəzifəli rəsmilərinə mesajlar göndəriblər. Bu hadisə Uaylsın hökumət telefonuna deyil, şəxsi telefonuna aid olub. Saxta mesajları alanlar arasında ABŞ senatorları, qubernatorlar və iri şirkətlərin rəhbərlərinin də olduğu bildirilirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub  

13:59
17 Avqust

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb  

13:56
17 Avqust

Növbəti köç Güneyxırman və Quzeyxırman kəndlərinə çatıb  

13:54
17 Avqust

Almaniyadan könüllü geri qayıdanların sayı artıb  

13:43
17 Avqust

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti  

13:40
17 Avqust

Sabah hava əsasən yağmursuz keçəcək

13:01
17 Avqust

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

12:33
17 Avqust

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!