Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb
Birinci Beynəlxalq Tibb Forumu çərçivəsində Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.
NDU-dan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi bazası, maddi-texniki imkanları, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqqında məlumat verib. Bildirib ki, əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir.
İstanbul Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl ilk dəfədir NDU-da olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, 1996-cı ildə əsası qoyulan universitet bir çox sahədə öncül olmaqla bərabər, ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaqla dünyanın onlarca ölkəsi ilə beynəlxalq əməkdaşlığa malikdir. 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə tibb, iqtisadiyyat, mühəndislik, hüquq, ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, universitet Türkiyədə ilk dəfə olaraq günəş enerjisindən istifadə edərək öz enerjisini təmin edən ali təhsil ocağıdır.
Hər iki universitetin nümayəndə heyəti arasında birgə əməkdaşlığa dair müzakirələr aparıldıqdan sonra müqavilə imzalanıb. Müqavilədə akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların və digər elmi-tədqiqat işçilərinin mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr və tədqiqat əməkdaşlığı həyata keçirmək, simpoziumların təşkili maddələri öz əksini tapıb. Birgə müzakirələrdə sosial elmlərdə NDU təcrübəsindən yararlanmaq məsələsi xüsusi qeyd olunub.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Yeditepe Universitetinin rektoru Canan Aykut Bingöl universitetin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdi...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsd...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ail...
26 Aprel
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” pu...
26 Aprel
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!