Naxçıvanda AMEA-ya yeni seçilmiş həqiqi və müxbir üzvlər ilə görüş keçirilmişdir
AMEA-ya seçilmiş həqiqi və müxbir üzvlər ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son vaxtlarda AMEA-da aparılan islahatlardan danışmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncamın imzalanmasından sonra bu islahatlar daha da genişlənmişdir.
AMEA-ya həqiqi və müxbir üzvlərin seçimlərinin tarixinə qısa nəzər salan İsmayıl Hacıyev Azərbaycan elmində naxçıvanlı alimlərin xüsusi rolu olduğunu vurğulamış, bu il iyunun 30-da keçirilən seçkilərdə Naxçıvandan AMEA-ya 1 nəfər həqiqi, 5 nəfər isə müxbir üzvün seçildiyini diqqətə çatdırmışdır.
Naxçıvanda elmin inkişafından bəhs edən İsmayıl Hacıyev bunun dövlət qayğısının nəticəsi olduğunu demiş və yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbova elm ictimaiyyəti adından minnətdarlığını ifadə etmişdir.
Sonra keçirilən seçkilərdə uğur qazanan alimlər – AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, qurumu n Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırov çıxış edərək göstərilən etimada, elmin inkişafına yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Vurğulanmışdır ki, ölkə miqyasında elmi mühitin yenidən canlanması və elm sahəsinə diqqətin artırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan MR-da elmi-tədqiqat işlərinin inkişafında tarix və mədəniyyətimizə daim hörmət və ehtiramla yanaşan, bunu öz fəaliyyətində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı bir sıra sərəncamlar, verdiyi tövsiyə və tapşırıqlar muxtar respublikada elmin, elmi-tədqiqat işlərinin inkişaf etdirilməsində əsas istiqamətverici dövlət sənədləri kimi mühüm əhəmiyyət kəsb edir.
Elm adamları AMEA-ya həqiqi və müxbir üzv seçilmələrinin onların məsuliyyətini daha da artırdığını ifadə edərək bundan sonra da səylə çalışacaqlarını bildirmişlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!