23 Aprel 2025 08:45
893
CƏMİYYƏT
A- A+
Naftalandan iki xəbər

Naftalandan iki xəbər


Naftalanda Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyi, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu - (İKSAD), Naftalan Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə "1-ci Beynəlxalq İbn-i Sina Sağlamlıq Elmləri" (Tibbi reabilitasiyada müasir yanaşmalar, təbii amillərin müalicəvi əhəmiyyəti) mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru Mətanət Əfəndiyeva açaraq "Sağlamlıq amillərinin potensialına yeni yanaşmalar" mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra tibbi reabilitasiyada müasir yanaşmalar və təbii amillərlə müalicə üsulları haqqında biliklərin artırılması və bu sahədə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, naftalan nefti, müalicəvi palçıqlar, müxtəlif tərkibli mineral suların əhəmiyyəti haqqında müzakirələr aparılmışdır.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyevin, Türkiyənin Adıyaman Universiteti Elmi Araşdırmalar xəstəxanasının professoru Şeyho Cem Yucetaşın  çıxışları da maraqla qarşılanmışdır.

***

Naftalanda Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar" mövzusunda tədbir keçirilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra icmanın idarə heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, indiyəcən görülən işlər, qarşıda duran vəzifələr bu hərəkatın sistemli və davamlı xarakter aldığını göstərir. Bildirmişdir ki, son iki əsr ərzində ata-baba yurdlarından məcburi şəkildə didərgin salınan qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmazdır.

Naftalan Şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzov isə tarixi ərazimiz olan Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsinin vacibliyindən, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının reallaşdırılması istiqamətində atılan məqsədyönlü addımların əhəmiyyətindən danışmışdır. 

İcmanın İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu da çıxışında Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunaraq bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğulamışdır.

İcmanın Qadınlar Şurasının sədr müavinləri Telli Pənahqızı və Aytən Sultanova qərbi azərbaycanlı xanımların bu prosesdəki fəal rolundan, Qərbi Azərbaycana Qayıdış hərəkatında göstərdikləri təşəbbüskarlıqdan söz açmış, doğma yurd yerlərinə qayıdışın təkcə milli kimliyimizin bərpası deyil, həm də gələcək nəsillərimiz üçün ədalətli və dinc gələcəyin qurulması baxımından zəruri olduğunu bildirmişlər.

Sonda Qərbi Azərbaycandan olan bir qrup şəxsin və onların varislərinin müraciətləri əsasında onlara Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları, həmçinin xatirə hədiyyələri təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

12:22
29 Sentyabr

Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb

12:17
29 Sentyabr

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir  

12:08
29 Sentyabr

Vətən müharibəsinin xronikası: 29 sentyabr

12:04
29 Sentyabr

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir  

12:02
29 Sentyabr

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

12:00
29 Sentyabr

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər  

11:46
29 Sentyabr

“ Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq”

11:35
29 Sentyabr

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

11:21
29 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb  

11:20
29 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

11:19
29 Sentyabr

Bu gün Ümumdünya Ürək Günüdür

11:16
29 Sentyabr

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

11:15
29 Sentyabr

Azərbaycan nefti 122,49 dollara satılır

10:38
29 Sentyabr

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur  

10:32
29 Sentyabr

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:03
29 Sentyabr

Prezidentlikdən istefa verən A.Vuçiç Serbiyanın baş nazirı olmağa ümid edir

09:50
29 Sentyabr

Banqkokda minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb

09:40
29 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinin qalibi Gorc Rassel oldu

09:30
29 Sentyabr

Elmi anatomiyanın banisi

09:20
29 Sentyabr

Səsin sehri...

09:10
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!