Muzeylər şəhəri
Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından tarix-diyarşünaslıq muzeyləri mühüm əhəmiyyət kəsb edir. Sabahını uğurlu qurmaq üçün gərək keçmişini də dərindən biləsən.
Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində rayonun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin binası 1930-cu ildə tikildiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. İndi Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər muzeyinin ərazisində bənzərsiz memarlıq üslubunda yeni muzey binası inşa edilib.
Muzey Xaçmaz rayonunun ərazisində bu günədək qədim türklərə aid 4 min yaşı olan kurqanlarda aşkarlanan çoxsaylı eksponatlarla zəngindir. Muzeydə həmçinin Xaçmazdakı 28 min hektar meşə sahəsi ilə bağlı guşə də yaradılıb. Bu bölmədəki dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.
Muzeyin girişində - foyedə ulu öndər Heydər Əliyevin abidəsi qoyulub. Burada ümummilli lider, eləcə də Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotolar sərgilənir. Muzeyin birinci mərtəbəsi "İstiqlal" bölməsi adlanır. Dövlətçilik tariximiz, ölkəmizdə baş verən hadisələr burada ardıcıllıqla əks olunur. Burada istiqlal tariximizi yaşadan maraqlı eksponatlar toplanılıb.
Böyük Vətən müharibəsində döyüşən xaçmazlılara xüsusi guşə həsr edilib. İkinci Dünya müharibəsi illərində 8 min 739 nəfər xaçmazlı döyüşlərdə iştirak etmiş, onlardan 2 min 800-ü həlak olmuşdur. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, orden və medallar, döyüşlərdə istifadə olunan "Makismak" pulemyotu da nümayiş olunur. Bu bölmədə həmçinin 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da yer alıb.
Muzeylə rayonda fəaliyyət göstərən təhsil müəssisələri arasında sıx əlaqə mövcuddur. Müəllimlər Azərbaycan tarixinə aid dərslərini muzeydə keçirlər. Konfrans zalında göstərilən filmlərdə şagirdlər tariximizə qiyabi səyahət edir, biliklərini cilalayırlar. Xaçmaz regional televiziyası ilə birlikdə ətraf rayonların təhsil müəssisələrini əhatə edən "Bilik" kuboku yarışı keçirilir. Muzeydə həmçinin ideoloji tədris bölməsi də yaradılıb. Burada tariximizə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilən filmlər nümayiş olunur.
Aqil ƏLİSULTANOV,
Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin direktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!